Azərbaycanın İrandakı səfirliyinə hücum olub - ölən var!

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın edilib, - Azərbaycan Xarici İşlər Nazirliyi.

Hücumçu mühafizə postuna soxulub və təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun Kalaşnikov avtomatı ilə öldürüb.

 “Səfirliyin iki mühafizəçisi hücumu dəf edərkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu cinayətlə bağlı araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Allah şəhidimizə rəhmət eləsin!” - XİN-in bəyanatında deyilir