Tehranın polis Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama verdi

Tehranın polis rəisi bildirib ki, bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan atəş açıb:

"Bu hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Polisin sürətli apardığı əməliyyat nəticəsində hücum edən şəxs dərhal yaxalanıb və barəsində araşdırmalar davam edir. Bu şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. İlkin istintaqda hücum edən şəxs hadisənin şəxsi və ailə problemləri ilə əlaqəli olduğunu bildirib".

Bu arada Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum oldu. Terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.