"Daşdan pul çıxardan" Zaqatala "xanı"

Mübariz Əhmədzadə

Bu gün Zaqatalada çox maraqlı bir məlumat almışıq. Belə ki, Vasif Talıbovun aqibətindən təlaşa duşən Zaqatala "xanı" da nəhayət ki, rayonda müəyyən işlər görməyə başlayıb. Gorünur NK-da vəzifə tutan və ona güvənərək Zaqatalada at oynadan, hətta, sadə insanlarla göruşu zamanı onları təhqir etməkdən belə çəkinməyəm Mübariz Əhmədzadə artıq arxasın belə guvənmir. Ona görə də üzünü insanlara çevirmək qərarına gəlib. Bu məqsədlə də rayonda iməciliklər keçirərək, abadlıq ıslərinə start verib. Pis fikir deyil, bu yolla həm insanlarda rəğbət hissi oyatmaq olar, həm də bu iməciliklər vasitəsi ilə görülən işləri büdcədən taladigi pullar hesabına görüldüyü kimi sənədləşdirib, xeyli pulu silərək mənimsəmək. Daşdan da pul çıxarmaq bax, buna deyərlər.

Yusif Seyid