İranda bağlanan yeganə səfirlik bizimki olmayacaq

Azərbaycan səfirliyi İranı tərk edən yeganə diplomatik nümayəndəlik olmaya bilər - Trend.

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktından sonra, eləcə də bu ölkənin ərazisində baş verən partlayışlar və raket hücumları fonunda bəzi dövlətlər də İrandakı diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edə bilərlər.

Bir sıra ölkələrin İrandakı səfirlikləri artıq öz işçilərini Azərbaycan ərazisindən təxliyə etmək variantını nəzərdən keçirirlar.