Ermənistanın Dağlıq Qarabağda qoşunları yoxdur?

Bu sözləri ER Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan deyib.

O, bildirib ki, birincisi, Ermənistanın Dağlıq Qarabağda qoşunları yoxdur və orada silah və mina daşımayıb: "İkincisi, Üçtərəfli Bəyanatda deyilmir ki, bu, ola bilməz. yəni Ermənistan ora silah və mina daşısa belə, fərq etməzdi, Bəyanatda belə bir məhdudiyyət yoxdur. Amma bir daha deyirəm, Ermənistanın Qarabağda qoşunları yoxdur və silah-sursat daşımayıb".

Ruben Rubinyan həmçinin bildirib: “Bundan başqa, əgər söhbət blokadadan gedirsə, o zaman qaz kəməri, elektrik xətti və ya internet kabeli ilə daşınan silah nə idi?”

Rubinyanın məntiqinə əsaslanaraq cavab verək:

- Üçtərəfli Bəyanatda Azərbaycanın elektrik xətlərinin və qaz kəmərinin təhlükəsizliyinə zəmanət verməyə borclu olduğu deyilmir. Sadəcə qeyd olunur ki, Azərbaycan Laçın dəhlizində hər iki ölkə arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsizliyinə zəmanət verir. Elektrik xətləri və internet kabelləri bu anlayışlara aid olmadığı üçün Azərbaycanın bu rabitə ilə bağlı heç bir öhdəliyi yoxdur