AİİB yeni layihə həyata kecirməyə başlayıb
“Azad İstehlakcılar” İctimayi Birliyi (AİİB) yeni layihə həyata kecirməyə başlamışdır.
AİİB-dən verilən məlumata görə, layihə “Vətən müharibəsi iştirakcılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək” adlanır.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilmişdir və layihənin büdcəsi 32000 AZN təşkil edir.
Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata keciriləcəcəkdir. Koalisiyaya daxil edilmiş digər iki QHT, ”Şəfa Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir,
Layihənin məqsədi layihə hədəfi olan ərazidə (Beyləqan rayonu və ətraf qəsəbələr) müharibə iştirakçısı olmuş insanlara mənəvi, psixoloji və sosial dəstək göstərməkdir.
Layihənin vəzifələri isə hədəf regionda müharibə iştirakçısı olmuş insanların psixoloji dəstəyə ehtiyacı olanların məlumat bazasını yaratmaq.
Layihə çərçivəsində bu kateqoriyadan olan 20 müharibə iştirakçısına psixoloji dəstək göstərmək.
Layihə çərçivəsində onların problemləri öyrənib, həlli yolları barədə fərdi qaydada məsləhətlər veriləcək.
Bununla yanaşı, həmin insanlarlarla psixoloji maarifləndirmə işləri aparılacaq,
hədəf qrupun ümumi razılığı əsasında dəstəyə daha çox ehtiyacı olan 5 nəfər Qazinin hər birinə sosial problemlərinə dəstək üçün öz həyətyanı sahələrində100 kv\m sahəyə malik istixana quraşdırılacaq, həmin istixanada işləyəcək insanların yeni texnalogiya ilə becərilən bitkilərə qulluq işləri ilə bağlı təlim vasitəsilə bilik və bacarıqları artırılacaq.
Digər 15 nəfər müharibə iştirakçısının hər birinə sağlamlıqlarına elektron nəzarət edə bilən smart saat hədiyyə ediləcək.
Bu layihə çərçivəsində müharibə iştirakçıları, ailələri və qazilərlə sıx təmaslar yaradılacaq. Onlara peşəkar psixoloqlar vasitəsilə mənəvi dəstək veriləcəkdir. Mühaibə iştirakçıları və qazilər tək olmadıqlarını hiss edəcəklər. Bu da onu göstərir ki, ümumilikdə cəmiyyətimiz bu layihədən faydalanacaq. Müharibədən əziyyət çəkən iştirakçılara və qazilərə sosial-psixoloji dəstəyin göstərilməsi nəticəsində onların problemlərinin həllinə dəstək olduqdan sonra faydalananların sayı artacaq.
Layihənin 01.07.2023-cü ildə tamamlanmasə nəzərdə tutulmuşdur.