Zəlzələdə ölənlərin sayı 7 minə çatır
Türkiyədə zəlzələdə ölənlərin sayı 6957 nəfərə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ nəticəsində 38 224 nəfər yaralanıb, 5 775 bina isə dağılıb. Türkiyə ilə yanaşı Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı da artıb.
Belə ki, təbi fəlakət nəticəsində ölənlərin sayı 2 minə yaralıların sayı isə 2032 nəfərə çatıb.