Türkiyənin şərqində güclü zəlzələ olub

Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Bulanıkdan 33 km cənub-qərbdə, episentri isə 60 km dərinlikdə olub. Yeraltı təkanlar saat 00:05-də qeydə alınıb.

Qeyd edək ki, uçqun və təlafat barədə hələlik məlumat yoxdur.