Zəlzələni ram edək, yoxsa ona hazırlaşaq?
"Elim dalınca Çinə də getmək gərəksə, gedin!"
Bu gün Türkiyədə və Suriyada baş verən zəlzələ dalğası bütün dünyanın gündəmini zəbt edib. Zəlzələdən zərər çəkmiş ərazi Qafqazdan iki dəfə böyükdür. Həmin ərazidə on beş milyona yaxın əhali yaşayırdı ki, onun 200 mindən çoxu həyatını və ya sağlmlığını itirdi.
Bu təbii fəlkət bir daha göstərdi ki, bəşəriyyət təbii - İlahi qüvvə qarşısında hələ çox acizdir. Fikrimizcə, bəşər övladı nə qədər inkişaf etsə də, İlahi qüvvə qarşısında həmişə aciz olaraq qalacaq. Bu həm elmi baxımdan məntiqlidir, həm də dini baxımdan doğrudur.
Sovetlər dönəmində bir şüar var idi - sovet insanı təbiəti ram edir! Bu ateist bir şüar idi, təbiət, yer, göy, ən nəhayət təbii fəlakətlər şəklində görünən güc elə Allahın gücüdür. O gücün ram edilməsi ideyası, əstağfurul, elə Allahın ram edilməsi deməkdir. Bu isə mümkün deyil. Ona görə də bəşər övladı - insan bu İlahi gücləri ram etmək haqqında baş sındırmaqdansa, bu təbii fəlakətlərlə birgə yaşamağın, həyatda qlmağır, ən azı ondan az itkilərlə çıxmağın yollarının axtarılmasi haqqında daha çox düşünməlidir. Bu istiqamətdə isə kifayət qədər düşüncələr, elmi araşdırmalar və onların real nəticələri artıq ortadadır. Bizim dinsiz-imansız adlandırdığımız Çin və Yaponiya bütün dünyaya bariz nümunədir.
İslam hədislərindən birində belə bir deyim var: "Elim dalınca Çinə getmək gərəkirsə, gedin". Bəziləri elə bilir ki, bu deyim Çinin məkan olaraq İslam coğrafiyasından uzaq olduğuna görə yaranıb. Əslində isə bu aforizm İslam camiyəsi tərəfindən Çini dinsiz bir məmləkət sayıldığına görə yaranıb. Bu yerdə aydın olur ki, Qurani-Kərimdə "elm" dedikdə heç də yalnız hədislərin toplanması və öyrənilməsi, şəriət qanunlarının yaradilması, Quran-Şərifin ayələrinin təfsiri və s. deyil, həm də dünyavi elmlər nəzərdə tutulur. Çünki gedib Çində yuxarıda qeyd etdiklərimizdən yalnız dünyavi elmləri öyrənə bilərsən, Çində o zaman din yox idi. O cümlədən də yaponlar eyni vəziyyətdədir - heç bir dinə etiqad etmirlər.
Amma Çin və Yaponiyada 9 bal gücündə zəlzələ Bakı küləyi kimi bir şeydi. Halbuki, qardaş Türkiyə və Suriyada baş verən zəlzələnin maksimum amplitudası 12 ballıq Rixter şkalası üzrə 7,8 bal idi. Lakin bundan 1,2 bal daha güclü zəlzələni adi hadisə kimi qarşilayan Çin və Yaponiyaya rəğmən burada - dini-inanı olan məkanda insan itkisi onminlərlədir. Buradan belə bir nəticə çıxır ki, heç də Allah yalnız Ona gündə min dəfə ibadət edənləri deyil, daha ağıllı insanları sevir. Bəzən biz yanlıc olaraq Allahı insana bənzətdiyimiz kimi, onun hisslərini də insan hissləri ilə eyniləşdirməyə cəhd edirik. Amma İslam özü və gördüyümüz həyat təcrübəsi göstərir ki, bu belə deyil. Biz Allaha yalnız yalvarmaq, ibadət etmək və Ona yaltaqlanmaqla heç də Onun sevgisini qazana bilmərik. Allah sevgisini qazanmaq üçün imanlı olmaqla yanaşı, həm də ağıllı, elmli olmaq vacibdir. Aydın şəkildə görünur ki, Allah Ona ibadət edən, lakin dünyavi elmlərdən uzaq düsən müsəlmanlardan daha çox ağıllı, elmli, lakin Onun varlığını inkar edən insanları "daha çox sevir". Buna bariz nümunə yenə Yaponiya, Çin, Avropa və digər qeyri-İslam ölkələridir. Hansı ki həmin ölkələrdə dindən daha çox insanlar həqiqi elmlə məsğul olurlar, kəşfkər edir, bəşəriyyətin inkisafına töhfəkər verirlər. Baxın, bütün bəlalar və pisliklər İslam dünyasinin başi üzərində fırlanır, nədən? Ona görə ki, 14-cü əsirdən başlayaraq İslam dunyasının elmi yalnız "İslam dəyərləri orbitində" fırkanır. İslam "alim"lərinin hamısı birmənalı olaraq, dünyavi elmlərdən özünü təcrid edərək, yalnız dini dəyərləri araşdirmaqla məşğuldur.
İslam ölkələri sırasında hələ Türkiyə dövlət olaraq dünyavi elmlərə daha çox üstünlük verən dövlətdir. Onun belə fəlakətlərdə itkisi onmillərlədirsə, İranda, Azərbaycanda, ərəb dünyasında və digər İslam ölkələrində belə təbii fəlakətlə baş versə, onların insan itkisi yüz minlərlə olacaq.
Yeri gəlmişkən, bir səhih hədisdə deyilir ki, səhabələrdən biri Məkkə şəhərinə İslam Peyğənbəri Həzrəti Məhəmmədi (s.ə.s) ziyarət etməyə gəlir. Səhabə Peyğənbərlə (s.ə.s) görüşəndə Həzrəti Məhəmməd (s.ə.s) ondan soruşur ki, dəvələrinizi bağladınızmı? Səhabə cavab verir ki, yox, bağlamadiq, Məkkə torpağında bizim dəvələrinizə zərər dəyməz, dəvələrinizi Allaha təvəkkül edib gəldik. Həzrəti Məhəmməd (s.ə.s) səhabəyə deyir ki, gedin dəvələriniz ağlınız kəsən qaydada bağlayın, sonra Allaha təvəkkül edin! Bu hədisdəki hikmət odur ki, Allah (c.c) sizi aglınız kəsməyən bəlalardan qoruyar, aglıniz kəsdiyi bəlalardan isə siz özünüz özünüzü qorumalısınız. Ağıl, elm isə inkişaf etdikcə başımıza gələcək bəlaların daha çoxunu dərk etməyə imkan verir. Müasir İslam isə deyir ki, Qurani-Kərimdən, hədislərdən və şəriət qanunlarının inkişafından kənarda elm yoxdur. Məhz bu tendensiya İslam dünyasını dalana dirəyib.
Bütün bunları yazmaqla, biz heç də o qənaətdə deyilik ki, biz Çin və Yaponiyadakı kimi dinsiz-imansız olmalıyiq. Əsla, xeyir, dinimiz-imanimiz, ibadetimizi yerində olmalıdır. Amma biz seyid cəddinə arxayın olan kimi, yalnız ibadetimizə, imanımiza arxayın olub, dünyavi elmlərdən uzaqlaşmamalıyıq. Din alimlərimizin hər biri ən azı bir dünyavi elmin alimi olmalıdır. Dünyavi elmlərdən heç olmasa birini akademik şəkildə dərk edə bilməyən kimsə din alimi, müştəhid ola bilməz.
Məsələn, Azərbaycanın ən böyük din alimi Rafiq Əliyev və onun kimilər olmalıdır. Çünki belə adamlar dünyanı elmi əsaslarla dərk edir. Belə alimlər dini öyrənib, cəmiyyəti həqiqi dinlə marifləndirməli, dini xurafatdan təmizlənməlidir. Yoxsa şeyxlər var ki, vurma cədvəlini, ismin tərifini, Pifaqor teorimini, dünyanin xəritəsin belə bilmir.
Bütün deyilənləri yekunlasdırsaq, biz bilməliyik ki, yalnız ibadətlə başımızı qamamalıyıq, dinimi, imanîmız, ibadətimizlə bahəm, elmimizi inkişaf etdirib, üstümüzə gələn bəlalara qarşi elmlə silahlnaraq mübarizə aparmalıyıq.
Bu işdə bəlalardan biri də İslam dünyası liderlərinin hakimiyyət, kreslo hərisliyidir. Bəlkə bu da elə elmsizliyimizdən irəli gəlir. Müsəlman dünyasında 20, 30, 40, hətta, 60 il hakimiyyətdə qalan "imanlı" hökümdarlarımız var. Bu yolverilməzdir, iki müddətdən sonra özünəvurğunluq xəstəliyi hökümdari xalqa qarşı çevirir, klançılıq, qohumbazlıq, yerlibazlıbazlıq, rüşvət, korrupsiya və s. harama meyillər çiçəklənir. Bu isə cəmiyyəti və dövləti inkişafdan saxlayır, görülən işlərin keyfiyyətini bu bəlalar aşırı dərəcədə aşağı salır. Nəticədə ölkə vətəndaşlari od qiymətinə keyfiyyətsiz betonla, yalançi kalonlarla tikilən mənzillər almaq məcburiyyətində qalır.
Yeri gəlmişkən bir məsələyə diqqətinizi çəkim, haramın bəşəriyyətə bəla olduğu yalnız dini deyil, həm də səlis məntiqlə sübut olunan məsələdir.
Məsələn, Azərbaycanda mənzillərin ağilagəlməz dərəcədə bahalaşmasının əsas səbəbi tikinti şirkətlərinin dövlət orqanlarına verdiyi rüşvərtdir (bu haramdı). Şirkətlər mənzilləri keyfiyyətli tiksə də, keyfiyyətsiz tiksə də, layihənin qəbul edilməsindən tutmuş, binanın istifadəyə qəbuluna qədər bütün yoxlama komissiyalarına birmənalı olaraq rüşvət (haram) verir. Belə olan halda, şirkətlər avtomatik olaraq daha çox qazanmaq üçün düşünür ki, onsuz da rüşvət (haram) verirəm, keyfiyyəti asaği salmaqla xərckərımi azaldım, qoy mənfəətin çoxalsın. Belə də edirlər - rüşvət alan (haran yeyən) məmur binanın keyfiyyətini, zəlzələyə davmlılığıni yoxlamadan binanı istifadəyə yararlı kimi sənədləşdirir. Bu sxem Bakıda 20 ildən çoxdür işləyir. Allah göstərməsin, Türkiyədə baş verən zəlzələ Bakıda olsa, 25 noyabr 2000-ci ildən (sonuncu ən güclü zəlzələdən) bəri tikilən binaların 90 faizi keyfiyyətsiz tikildiyininə, qalanları isə artıq istismar müddətini başa vurduğuna görə çökəcək. Bunu hamı bilməli və başına çarə qılmalıdır!
Akif Nəsirli