Bazarda qiymətləri kim bahalaşdırır?!
Gömrükdən büdcəyə daxilolmalar 25 faizdən çox artıb
Bəzən cəmiyyətdən fikirlər səsləndirilir ki, hökumət nə üçün bazarda qiymətlərin bahalaşmasını cilovlamaqdan ötrü addımlar atmır. Hökumətyönlü iqtisadçikar və dövlət məmurları isə buna cavab verir ki, bu sizə sovetlər dönəmi deyil, bizdə bazar iqtisadıyyatıdır. Bazar iqtisadiyyatında isə qiymətləri tələb və təklif tənzimləyir.
Elə isə hökumətə sual vermək lazımdır ki, bizdə bazar iqtisadiyyatıdırsa, onda bəs Tarif Şurası kimdi? Bazarın tən yarısının qiymətini Tarif Şurasi tənzimləyir və yarandığı gündən bəri bir dəfə də olsun qiymətlərin ucuzlaşmasi barədə qərar qəbul etməyib. Bu məsələnin bir tərəfi.
İkinci bir tərəfdən, oliqarxiyanin yaratdığı inhisar rəqabət mühitinin formalaşmasına imkan vermir. Hökumət isə inhisarçılıga qarşı mübarizə aparmaq əvəzinə, iqtisadiyyatın əsas hissəsini öz inhisarına alıb.
Digər tərəfdən, bazar iqtisadiyyatı saat mexanizmi kimi ideal işləyən ölkələrdə belə, hökumətin qiymətlərə "görünməz əl" vasitəsi ilə təsir etmək, rəqabət mühitini qızışdırmaq imkanları var. "Görunməz əl" dedikdə dövlətə ödənilən bütün növ vergilər, rüsumlar, aksizlər, gömrük ödəmələri, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi və dövlətin əlində olan digər maliyyə alətləri nəzərdə tutulur. Hansıki Azərbaycan hökuməti yaratdıği inhisarçılıq mühitində həmin alətlər vasitəsi ilə yalnız qiymətlərin bahalaşmasını stimullaşdırır.
Məsələn, ötən il Azərbaycanda vergi daxilolmaları 82%, o cünlədən gömrük daxilolmaları 50%-dən çox artıb. Burada çox maraqlı sual qoymaq yerinə düşərdi: vergilər, rüsumlar və gömrük daxilolmalarında müşahidə edilən artımlar özünu nədə göstərir? Əlbəttə, həmin artımların hamısı sonda özünü bazar qiymətlərindən büruza verir. Dövlətə ödəmələr artırsa, deməli sahibkarın satdıği məhsulun xərcləri artır. Xərclər artırsa bu maya dəyərinin şişməsinə gətirib çixarır ki, bu da özünu bazarda qiymət artımı kimi təzahür edir.
Bu ilin yanvar ayı ərzində vergi daxilolmaları artıq 20%-dən çox arti
Cari ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 506 779,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz çoxdur.
DGK-nın dərc etdiyi göstəricilərə görə, cari ilin yanvar ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz artaraq 121 932,6 min manat təşkil edib.
Həmçinin, yanvarda ƏDV üzrə daxilolmalar illik müqayisədə 22,8 faiz artaraq 365 561,7 min manata yüksəlib.
Aksizlər üzrə göstərici yanvar ayında (ötən ilin eyni ayı ilə müqayisədə) 77 faiz artaraq 14 841,3 min manat, yol vergisi üzrə daxilolmalar isə 21,7 faiz artaraq 4 444,0 min manat təşkil edib.
Deməli, bu ilin yanvar ayı ərzində daxili bazarda bahalaşmanin 25%-dən çoxu DGX-nin payına düşür. Sonra isə qiymət artımının səbəbini axtarırıq ki, bazarda qiymətlərin bahalasmasını kim körükləyir!
Akif Nəsirli