Milləti qoyun yerinə qoymayın!
Yusif Seyid
Gözün aydın millət, pensiya, maaş artımı əllərə çatmamıs yeni bir pul tələsi ilə üzləşdik. Zibil torbaları (ona görə zibil yazıram ki, ticarət şəbəkəsindən çıxan kimi həmin torbalar zibilliyə gedir) bütun ticarət sektorunda pulla satılacaq . Belə bir qərarın qəbul olunmasında məqsəd, guya ki, ekologiyamıza vurulan zərəri azaltmaqdır. Kökündən yanlış yanaşmadır. Çünki həmin torbaları pulla satılması, yenə də deyirəm satışının qadağan olunması yox, pulla satilmasınin ekologiyaya heç bir aidiyyəti yoxdur. Burada əsas məqsəd market sahiblərinin xərc yükünü azaltmaqdır. Bu da heç kimə sirr deyil ki, Azərbaycanda ortaya çıxan (daha doğrusu məmurların taladiqları) bütün izafi xərcləri qiymət tənzimlənməsi, yaxud "dünyanın hər yerində belədir" adı ilə sadə vətəndaşlarin belinə yükləyirlər. Birincisi, dünyanın normal ölkələrində bu qədər məmur talanciligi və quldurlugu yoxdur, ikincisi, dünyanın normal ölkələrində vətəndaşların aylıq, ilik qazanclarının ən pis halda 50-55 faizi gündəlik tələbatı ödəməyə gedir, qalan pulları isə yigımda qalır. Ona görə də 3-5 sent onların büdcəsinə təsir etmir. Azərbaycanda isə işləyən vətəvdaşların belə, qazancları gündəlik tələbatlarına çatmır, Bu səbəbdən də istənilən cüzi artım vətəndaşların ailə büdcəsinə ciddi təsir göstərir. O ki qaldı ekologiyaya dəyən zərərin azaldılmasına, istənilən bir dövlət qurumunün nümayəndəsi ilə araşdırma aparmağa hazıram ki, bu qərar daha çox zərərə isləyəcək. Çünki ekologiyanın qorunması üçün torbaları pulla satmaq yox, onların satişıni və istifadəsini qadağan etmək lazımdir. Bunun isə istehlakçilara alternativləri təklif olunmalidır, Azərbaycan hökuməti isə alternativlər axtarmaqla özunu yormaq istəmir və daha asan yol tapır. İnsanların cibinə girməklə guya problemi həll edi. Sözün qisası, Məhəmməd hər gün marketdən 5-6 torba alır, iki gün sonra atır kücəyə (kuçəyə ona görə ki, məmləkətimizdə zibilin yığılması, utilizasiyası bərbad vəziyyətdədir), indi isə eyni şeyi edəcək, ancaq bunun uçun 15-20 qəpik pul ödəyəcək, vəssalam. Bunun ekologiyaya xeyri nədir, məni başa sala bilərsinizmi, cənablar? Bəsdirin də, bu milləti qoyun yerinə qoydunuz!