Bakıda yaşamaq təhlükəlidirmi?

Zəlzələ və məmur vicdanı

Türkiyədə baş verən və böyük insan fəlakəti ilə nəticələn zəlzələ, bu gün dünyada, eləcə də ölkəmizdə hər kəsi ciddi narhat edən əsas problemə çevrilib. Burada əsas narahatlıq yaradan amil isə tikililərin təhlükəsizliyidir. Yəni tikililər bütün normativ sənədlərə və qanunlara əməl edilərək tikilsəydi, faciənin miqyası bu qədər dəhşətli olardımı? Bu sualın cavabını birmənalı "hə", yaxud "yox" kimi səsləndirmək çox çətindir. Amma birmənalı demək olar ki, insan tələfatı bundan qat-qat az olardı. Ona görə də, bu gün Bakıda çoxlarını bir sual düşündürür. Bakıda yaşamaq nə dərəcədə təhlükəsizdir. Son günlər bu mövzuda çox müzakirələr aparılır, danışanların əksəriyyəti heç biri dəqiq demir ki, Bakıda yaşamaq təhlü-kəlidir, yaxud arxayın olun, hər şey qaydasındadır.

Məni bir vətəndaş və yazar olaraq daha çox sadə vətəndaşların düşüncələri maraqlandırır. Çünki hər hansı bir fəlakət baş verəndə ən çox əziyyət çəkən də, məhz sadə vətəndaşlar olur. Bir neçə gün ərzində gö-rüşdüyüm insanların ümumi fikri belədir ki, Bakının bir sıra rayonlarında yaşamaq risklidir. Mən insanları narahat etməmək üçün həmin ərazilərin adlarını açıqlamıram, bu xüsusi dövlət qurumlarının vəzifəsidir. Amma bilavasitə tikinti sektoruna nəzarət qurumlarında birində çalışan bir vətəndaşın fikirləri diqqətimi çəkdi və onları sizə təqdim etmək istəyirəm:

« -Bakıda sovet dönəmindən qalan evləri daha təhlükəsiz hesab edirəm, bir şərtlə ki, onların birinci mərtəbələrinə və zirzəmiyə müdaxalələr olmasın. Bu binalar Bakıda baş verən son zəlzələ zamannı da özlərini yaxşı göstərdilər. İkincisi, Fövqaladə Hallar Nazirliyi və onun nəzdində Tikintiyə Nəzarət Agent-liyi fəaliyyətə başladıqdan sonra tikilən binalara da etimad edirəm. O ki qaldı, müstəqilliyin ilkin dönəmlərində kimin harda istədi tikdiyi binalara, hesab edirəm ki, bu əsas təhlükə mənbəyidir. Buna görə də FHN təcili olaraq bu binaların ekspertizasını həyata keçirməlidir. Bunun üçün binaları sökməyə, yaxud hansısa fövqaladə tədbirlərə ehtiyac yoxdur, əsas məsələ, məmurların vicdanıdır. Bakının mərkəzində, eləcədə mikrarayonlarda, Yasamal, Nəsimi, Səbayel, Binəqədi, Nərimanov rayonlarında sovetdən qalan binaların əksəriyyətinin özülünə və zirzəmisinə sahibkarlar tərəfindən güclü müdaxilələr olunub. Bunun qarşısı alınmalı, həmin binalar yararsız hala düşüblərsə, sökülməlidir. Araşdırılmalıdır ki, sahibkarlar bu işləri özbaşına görüblər, yoxsa bunun üçün kimlərdənsə razılıq alınıb. Əgər belə faktlar varsa, onlara kimsə icazə veribsə, həmin şəxslər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Bir daha qeyd edirəm ki, istər FH naziri Kəmaləddin Heydərov, istərsə də tikintiyə nəzarət şöbəsinin rəisi yetərincə vicdanlı və xalqına bağlı insanlardır, amma bu strukturun özündə də, nəfsinə hakim ola bilməyən, vicanını itirmtş məmurların olmadığını demək çox çətindir. Hesab edirəm ki, son on ildə tikilən binalarda nəzarət daha ciddi həyata keçirildiyindən, həmin binaları daha etibarlı hesab etmək olar.»
Həmsöhbətimin fikirləri ilə mən də qismən razılaşıram çünki, kim zəmanət verə bilər ki, bu və ya başqa bir binanın təhlükəsizliyini vicdanlı məmur ekspertizadan keçirib. İnsan nəfsi onun şüur və düşüncələrinə üstün gələndə, o artıq vicdanını itirmiş olur.

Sizə insan nəfsinin gücünü göstərən bir faktı açıqlamaq istəyirəm. Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində "Qurtuluş-93" MTK fəaliyyət göstərir. Bu tikinti şirkətinin qəhbəri hacı Məhərrəm adında bir şəxsdir. Bununla heç bir işim yox, hacı Məhərrəmi də nə görmüşəm, nə də tanışlığım var. Belə olduğu təqdirdə ona qarşı heç bir qərəzim də ola bilməz. Söhbət insan nəfsinin hüdüdsuzluğundan gedir. Bu şirkət fəaliyyətə başlayanda həmin ərazidə ancaq 5-6-7 mərtəbəli binalar inşa edirdi. Hacı varlandıqca, pulu artdıqca binaların hündürlüyü də artmağa başladı. Yəni "Yeni Bakı" yaşayış komrleksində artıq binaların hündürlüyü 8-9 mərtəbəyə çatdı. Eyni zamanda "Qurtuluş-93" MTK-nın əks istiqamətində 3 mərtəbəli binalar inşa olundu. Bu ərazilərdə tikinti qanunlarının və normativlərinin pozulduğunu heç kim iddia edə bilməz. Çünki istər binalar arasında yaradılan uşaq oyun- əyləncə yerləri, eləcə də yaşlıların istirahəti üçün nəzərdə tutulan xiyabanlar hər şeyin qaydasında olduğunu göstərir. Təkcə bir şey narahatlıq yaradır- binadarın günü-gündən göydələnlərə çevrilməsi. Məlumdur ki, Masazır qəsəbəsi çox sayda sürüşmə zonalarına və qrunt sularının hərəkət zolaqlarına mənsub bir yaşayış məskənidir. Əslində, sovet dönəmində burada hündürmərtəbəli binaların tikintisinə yol verilməyəb. Ümumiyyətlə, sovet dönəmində Bakının özündə belə, cəmi bir neçə hündürmərtəbəli bina tikilib ki, onlarda yoxlama xarakteri daşıyıb. Bunlardan birincisi Statistika Komitəsinin yaxınlığındakı insanların "16 -mərtəbə" adlandırdıqları bina, ikincisi, "Şamaxinka" ərazisindəki bina və nəhayət, 80-cı illərin əvvəlində 9-cu mikrorayonun yuxarı hissəsində tikilən binalar. Bakıda tikilən ən hündür yaşayış binası isə xalq arasında "beşmərtəbə" kimi tanınıan binadır.

Yazının sonunda bir daha diqqətinizə çatdırıram ki, bizim təhlükəsiz yaşamağımız məmurların vicdanından asılıdırsa, bu barədə ciddi dü-şünmək lazımdır.

Yusif Seyid