Dərin düşünsək həqiqətə çatarıq

Şahnaz Salehqızı

Türkiyədəki hadisə Lut qövmünün yaşadıqlarını xatırladır

Bu fani dünyaya nə qədər çox dəyər verərsən kainata sığmayacaq qədər böyük görünər. Elə ki, dəyərsiz bir şey kimi baxarsan, o zaman mikroskopla görüləcək dərəcədə kiçik olar gözündə. Ona görə də özümüzə bir yaxşılıq edək, həyatımızda yaşadığımız hər nə varsa şükür edək, qəlbimizi və qulaqlarımızı haram şeylərə bağlayaq.

Kainatda mövcud olan canlı-cansız bütün varlıqların və sistemlərin insan üçün yaradıldığını, ona xidmət etdiyini bilirik. Yəni heç bir şeyin təsadüfən əmələ gəlmədiyini, Allahın hər şeyi insan üçün ən uyğun şəkildə yaratdığına inanırıq. Lakin gördüyümüz şeylər üzərində durub düşünməsək, incəliklərə varmasaq yaşadığımız yerin nə qədər fövqəladə bir yer olduğunu dərk edə bilmərik.

Bunlar bildiklərimiz, eşitdiklərimiz olsa da, bir də nəticə çıxarmaq var. Nəticə çıxarmaq isə iradəyə bağlı məsələ olduğundan, sonuca yetmək hər kəsə nəsib olmur. Elə məsələnin əsli də budur.

Kainatda olan hər bir şeyin təməlində atom zərrəciklərinin olduğunu bilirik. Yəni istifadə etdiyimiz hər bir şeyin bu zərrəciklərindən toplanaraq maddə halında meydana gəldiyini. Amma bir də Allahın qüdrətinə inanıb, şahid olanların bu cansız varlıqların bir yerə cəmləşərək görmək, eşitmək, duymaq, qərar vermək, sevinmək, kədərlənmək kimi xüsusiyyətlərinin formalaşmasındakı rolunu düşünmək qədər dərinə varmaq da var. İmanlı kəslər bunun daha fərqli şəkildə dərin mənasını anlayır. Çünki zərrəciklərdən ibarət varlıqlardan bizi fərqləndirən bəşəri xüsusiyyətlərimizin formalaşmasında rolu olan bu prosesin necə baş verməsini bilməyin özü də çox maraqlıdı.

Bunları yaradıb cəm edən bir qüvvə var, bizə şah damarımızdan yaxın olduğunu bildiyimiz halda yenə də xislətimizdəki unutqanlıq öz işini görür. Xilaskarımız insanın unutqan olduğunu bilir, çünki hər şeyi bilən və görəndir. Onu gah Allah, gah Tanrı deyərək köməyə çağırırıq, dara düşəndə.

Tarixə nəzər salanda görürük ki, Allahın günah olaraq buyurduğu əməlləri hansı cəmiyyət adi hal hesab edibsə, o cəmiyyət məhv olub. Bu gün də dövlətlərin və xalqların həlakının ən böyük səbəbi elə günahın insanların gözündə günah olmaqdan çıxarılmasıdır. Ad, Səmud kimi qövmlərin aqibəti hər zaman aktualdı. Lakin günümüzdəki məsul olan kəslər hələ də Allahın əmr etdiyi həqiqət ətrafında düşünmək istəmirlər.Türkiyədə baş verənlər buna əyani misaldı.

Bəzi günahlar var ki, onlara qarşı çıxmaq rəsmi qanunlarda cinayət sayılir. Bir çox Avropa ölkələri eyni cinsdən olanların izdivacına qanunla izazə verir və bu iyrəncliyə qarşı çıxmağı isə rəsmən cinayət hesab edir.Bu fəlakətdi. Homoseksual adlanan bu iyrənc toplum utanıb gizlənmək əvəzinə, çal-çağrla meydan sulayırlar, özlərinə haqq-hüquq, imtiyazlar tələb edirlər. Onların dünyamızı fəlakətə sürükləyən günahkarlar olduğunu bildiyimiz halda susuruq, qanunlar bizi qorxutduğuna görə... Bu gün fəlakət yaşayan canım Türkiyədə bu baxımdan vəziyyət rəzalət halına gəlmişdi ki, nəticəni gördük. Yaradanı qəzəbləndirdik -naqis əmllərimizlə, olduğumuz kimi görünməməklə, düşüncəmizin ayrı, danışdıqlarımızın ayrı, hərəkət trayektoriyamızın isə tamamilə ayrı olmasilə...

Doğru haqqında danışıb, əyri yoldan getdik, xeyirdən danışıb, şərə xidmət etdik. Elə canım Türkiyə də bu baxımdan tam bir şeytan ölkəsinə dönmüşdü. Xarici qüvvələr hər vəchlə istəklərinə nail ola bilmişdilər, başlarını örtdürüb örtməli yerlərini açıqda qoymaq planını gerçəkləşdirmişdilər. Sonda sanki Allahın səbri aşdı, daşdı, fəlakət qopartdı...

Olanları yenidən şərh etməyə, niyə, necə, hansı səbəbdən olduğunu anlatmağa ehtiyac yoxdu. Məlum hadisəni demək olar ki, görməyən, eşitməyən qalmayıb. Mən də gördüm və görən kimi ağlıma bilirsiz ilk nə gəldi? İlk ağlıma gələn Lut qövmü ilə bəşəriyyətə, insanlığa, dünyaya Allahın verdiyi ibrət dərsi gəldi. Bəhs etdiyim ibrət dərsi verilən zaman belə bir nida gəlmişdi: "Kimsə dönüb arxaya baxmasın, onlar yandılar, sən yanma!”. Bəli, ilk ağlıma gələn məhz onlar oldu. O kəslər ki, dəfələrlə peygəmbərləri tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ağılasığmaz əməllərlə məşğuluydular. Bu gün həmin murdar əməllərin eynisi baş verirsə də, heç olmasa qapalı şəraitdə, gizlində olur.Tək təskinliyimiz gizli və xəlvəti olmasına görədir.

Bəhs etdiyim hadisə əsrlər, qərinələr əvvəl Allahın kamil şəxsiyyəti və elçisi olaraq tanınan Lut isimli peyğəmbərin yaşadığı qövmün başına gəlib. Müqəddəs kitabda yazılır ki, Lut Sədum xalqına peyğəmbər olaraq göndərilmişdi. Oradakı xalqa İbrahimin dinini təbliğ etmək üçün vəzifələndirilmişdi. Onun peyğəmbər olaraq göndərildiyi Sədum xalqı çox çirkin işlər görürdülər. Onlar cinsi əxlaqsızlıqla məşhur idilar. Kişilər öz həmcinslərilə münasibətə girirdilər. Hazırda homoseksuallıq deyilir buna. Lut peygəmbər öz xalqına bu hərəkətlərindən çəkinməyi tövsiyyə edir, onlardan əvvəl belə bir davranışların olmadığını bildirir. Xeyiri olmur və nəticə fəlakətlə sonuclanır.

Bu gün Türkiyədə yaşananların səbəbini tam da o əhvalatda olduğu kimi, azacıq fərqlə həmin əqidəyə yaxın baiskarların üzündən baş verdiyini düşünürəm.

Bir vaxtlar böyük əhalisi olmuş, arxeoloqlara görə inkişaf və rifahının ən yüksək səviyyəsinə çatmış Sədum elinin ərazisinin bu gün viranə şəklində olduğunu görürük. Yaşıllıqları, məhsuldar əraziləri və su qaynaqları demək olar ki, yox dərəcəsindədi. Hansı ki, əhvalatdan əvvəl ora bölgənin ən yaşıl və ən məhsuldar zonası olub. Arxeoloqlara görə, həmin yaşıllıqlar sonralar böyük sarsıntı nəticəsində Ölü Dənizə çevrilib..

Əxlaqsızlığın ən son həddində olan camaatın vəziyyətini Kitab belə təsvir edir ki, onlar bu rəzil hərəkətləri hətta camaat içində edirmişlər.Əslində bu rəvayəti xatırlatmaqda məqsədim odur ki, əsrlər keçsə də hər bir dövrdə insanlar ibrət alsınlar deyə o qövmə göndərilən əzabın görüntüləri indiyədək qalsa da, lakin yenə də bundan dərs çıxaran yoxdu.

Gerçək islam alimlərinin əfvinə sığınaraq yazıram bunları. Məqsədim düşüncələrimi oxucularla bölüşməkdi, başqa heç nə.

İBADƏT BƏHANƏSİ

İbadət rituallarını bacardıqca gizlində yerinə yetirməyə çalışan biri kimi, səxavətlə, ibadətin gizli olsun!- əmrinə ciddi şəkildə itaət etməyi vacib sayıram. Vacib ibadətləri yerinə yetirməkdə vərdişli olmaq çox yaxşıdı. Qurani-Kərimdə deyilir ki, ibadətlərin ən üstünü oxumaqdır. Ki, fikrim yanlış anlaşılmasın, türk toplumları bunu tərsinə çevirib, məqsədli şəkildə ibadətlərin ən üstünü namazmış kimi qələmə veriblər. Hələ baş ortüsünü demirəm, eynilə onu da bu ümmətin başına bəla ediblər. Niyə belə düşünürəm? Ona görə ki, bir az irəli gedib araşdıranda görürük ki, türk toplumlarının başına bütün bəla və müsibətləri məscidlərin sayını artırmaqla gətirdilər. Xarici qüvvələr bu baş ortüsü, namaz və sayı bilinməyən məscidi bu gün də yorulmadan alət kimi istifadə edirlər.

Namazın təməl ibadət kimi formalaşması fikiri tarixə görə ilk dəfə Müaviyə tərəfindən başladılıb.O, hədis adlı uydurmalarla insanların düşüncəsinə müdaxilə edərək, gerçək insan haqlarını, mübarizə, çalışqanlıq, düzgünlük və ən əsası da oxumaq kimi dəyərlərdən təcrid edərək, islamı sadəcə namazqılma dini halına gətirib. Məsələnin ən narahatedici məqamı da elə burdan başlayır. O gündən bəri islam dünyası, xüsusilə də türk toplumları özünü toplaya bilməyiblər desək, yəqin ki yanılmarıq. Oxuduğumuz Quranda deyilir ki, mənim təməl ibadətim oxumaqdır. Oxu sözü ilə başlamağı bir yana, 7-8 ayələr də var ki, orada deyilir ki, məhz oxumağı təməl ibadət edin. Lakin Müaviyə bu fikirləri tamamilə kənarlaşdıraraq, onun yerinə təməl ibadət kimi namazı qoydu. Məsələn, bu gün oxumağı təməl prinsip kimi qəbul edən inkişaf etmiş Qərb ölkələrinə də baxaq, namazı təməl ibadət sayan Orta Şərqə də baxaq, sonra dönüb Türkiyəyə də baxaq. Türkiyəni bu mənada məqsədli şəkildə tam bir şeytan ölkəsinə çeviriblər. Yəni din adına şeytanın tanrılaşdığı ölkə halına gəlib, bugünkü Türkiyə. Niyə belə düşünürəm? Ona görə ki, hazırda islam toplumundakı məscidlərin cəmi sayından daha çox sayda məscid Türkiyədə var. Bu gün Türkiyədə 100.000-dən çox məscid var. Bu məscidlərin sayı artdıqca canım qardaş məmləkətdə hər cürə pisliyin də sayı gündən-günə artır kimi görünür.

Əvvəl Lutun nəsihətlərini eşitməyənlərin başına gələnləri qısa və ötəri xatırladaraq, sonra canım Türkiyəni misal gətirməyim təsadüfü deyil. Baxdıqca ürəyimizi sızıldadan zəlzələ hadisəsindən zərər görmüşlərin ahu-zarı, dağılmış binaların dəhşət saçan görüntüləri bu gün onu deməyə əsas verir ki, azğınlaşmış bir qurupa görə qosqoca ölkənin az qala altı üstünə çevrilə.

Uzaqdan baxanlara Türkiyənin bir nömrəli bəlasının terror olduğu görünsə də, əslində bu belə deyil. Bir nömrəli bəla oradakı saysız-hesabsız dinçi dinsizlik oyunlarıdır. Nədən? Çünki ictimai hüquqların pozulması, yoxsulu, yetimi, möhtacı xorlayan, onların həyatlarına biganə qalan, sosial haqqları pozan həmin bu “dinçilər”in Allahsız əməlləridir. Onlar eyni Azərbaycandakı kimi müqəddəs kitabı din nağıllarına çevirməkdə hələ də davam edirlər. Öz məqsədləri üçün namazı əldə əsas tutub, vacib ibadət yerinə qoyub insanları aldatmaqdansa, bundan sonra daha da betər hallar yaşamadan sadə, məzlum xalqa gerçəkləri anlatmaq lazımdır. Bunu etməyin vaxtı çoxdan çatıb, hətta keçməkdədir. Bugünkü zəlzələ bir mesajdır.

Məscidlərin sayına gələk. Qurani-Kərimdə Maun surəsində deyilir ki, insanlığa zərər verən məscidlər olacaq. Bu günkü məscidlərin hamısı deyilən zərərə xidmət edir. Məsələn imam statusuyla insanların önündə durub namaz qılan adam niyə maaş almalıdır? Bəlkə biz yanılırıq, bilən varsa fikirini eşitməyə hazırıq. Məgər bu günah deyil? Məncə o cür qılınan namazların heç biri Allah qatında keçərli deyil.Tanıdığım Türkiyə və Azərbaycanda olan məscidlər haqqında deyirəm bunları. Bu iki ölkədəki islam adına,din adına ləkə gətirən ritualların yerinə yetirildiyi məscidlərə gedir zaman-zaman haqqımızdan kəsilmiş pullar. Vergi adilə tutulmuş pullardan yararlanıb nə bir sanatoriyaya, nə hansısa müalicəmizə gedə bilmirik, çünki putyovkalar yüksək məbləğə imkanlılara satılır. Ölkənin Allahsız rəhbərləri haqqımızı bu şəkildə talan edir, Allah da onları yerlə yeksan edəcək. Haqqımız olanları məscidlərdə Allahdan xəbəri olmayanlara “xidmət haqqı” olaraq verilir. Haramları olsun. Maaş alaraq namazda imamlıq edən adamın ardında durub qılınan namaz haramdı, Allah deyir. Hələ indiyədək buna fətva verən nə bir mücdehid olmayıb, nə də bir məzhəb. Yəni boşuna əyilib qalxırlar. Qurana və Yaradana imanı olanlar bu məscidlərə dəstək verməsin. 14-cü əsrdə Osmanlının gətirdiyi bu ənənə hələ də davam etməkdədir. Tarix deyir ki, bu Müaviyənin yaratdığı bir siyasi taktikaydı ki günümüzədək davam etməkdədi. Belə çıxır ki, bunu yerinə yetirənlər elə Müaviyənin ümmətləridir? Çünki onun yolu ilə gedirlər.

Bəli, əgər millət olaraq müsəlmanlıq iddiasındayıqsa, bu qorxunc bəladan qurtulmağımızın yeganə yolu ağıla, elmə, inkişafa xidmət edən gerçək Qurandan koordinatlar almaqdı, yoxsa çıxış yolumuz yoxdur kimi görünür.

Allahın verdiyi torpağın altında və üstündəki nemətləri xalq arasında bərabər bölməyən rəhbərlərin də, həmin rəhbərləri yalandan tərifləyənlərin də yeri cəhənnəmdir.

Türkiyənin başına gələnlərdən həm özləri, həm də Azərbaycan dərs almalıdı. Bunun tək bir yolu var. Allahın tələb etdiyi prinsiplərə uyğun yaşamaq. Yuxarıda qeyd etdiyim naqislik insanın şərəf və ləyaqətinə alçaqlıq gətirən haldı. Bu eybəcərliyə görə böyük bir toplumun cəzalandırılması onun nə qədər günah olduğunun göstəricisidi. Və bunu axır ki, insanlıq anlamalıdı. İndiyədək həlak edilən cəmiyyətlərin törətdikləri günahları fərqli olsa da, müştərək tərəfləri haram və yasaq sayılanları hesaba qoymayıb keçmələridi. Bir az da gec deyilkən davranışlarımızda sərhəddi aşmayaq. Canım Türkiyənin başına gələnlərdən ibrət götürək. Çünki əxlaqi degenerasiya olunmuşlardan sığortalı deyilik. Heç kimin, heç kimə yardım edə bilməyəcəyi gün yaxındadır ya uzaqdadı bilmirik. Onlar yandılar, biz də yanmayaq. Müsibətlərdən nəticə çıxarmayanlara, yardım aparan maşınların yolunu kəsib quldurluq edənlərə Allah özünü daha hansı şəkildə göstərməlidir görəsən(?)-qoy bunun cavabını da onlar versin.