İranlı milyonçu oğurluq üstə tutulub
Fərhad Həkimzadə adlı iranlı milyonçu nadir kitablardan səhifələr oğurladığı üçün həbs edilib
"The Guardian" qəzeti yazır:
İranlı milyonçu Britaniyada iki tarixi kitabxananın çox qiymətli kitablarını parçaladığına və öz kolleksiyasını təkmilləşdirmək üçün onların səhifələrini oğurladığına görə həbs olunub.
Mütəxəssislər müəyyən ediblər ki, Fərhad Həkimzadə istifadə etdiyi 150- yə yaxın kitabı məhv edib.
60 yaşlı Fərhad Həkimzadə Britaniya və Bodleian kitabxanalarında
nadir əsərlərdən kəsdiyi səhifələri öz kitablarına əlavə edib.
İran fars hökuməti türk və azərbaycanlılara qarşı düşmənçiliyini yalnız ölkə daxilində deyil, sərhədlərdən kənarda da təhrif etməyə cəhd göstərir. Nümunə olaraq, Harvardda təhsil almış iranlı bir irqçinin türklərə qarşı bəşər tarixində ən ağır cinayəti törətdiyini qeyd etmək olar.
Fərhad Həkimzadə Londonda 150 tarixi kitabı təhrif etmək cinayətinə görə 22 noyabr 2008-cil tarixində mühakimə olmuş və cəmi 8 il həbs və 300 min funt sterlinq pul cəzasına məhkum edilmişdi. Londonda yaşayan yazıçı, nəşriyyat direktoru və İran İrs Fondunun keçmiş rəhbəri Fərhad Həkimzadə bəziləri 16-cı əsrə aid olan tarixi və qiymətli kitabların səhifələrini cərrahi bıçaqla kəsərək qoparıb.
Bu iranlı tədqiqatçının oğurladığı əsərlər arasında ingilis tarixçisi Tomas Herbertin 17-ci əsrdə yazdığı kitabını və VIII Henrixin saray rəssamı Hans Holbeynin 500 illik xəritəsini, dəyəri 32 min funt sterlinq olan bir xəritəni qeyd etmək olar.
Britaniya Milli Kitabxanasının Nadir Kitablar Departamentinin rəhbərinin sözlərinə görə, oğurlanmış xəritələr və sənədlər avropalıların Yaxın Şərq, Mesapotamiya, İran və Monqol İmperiyasına səyahətnamələrinə aiddir.
محاکمه يک ايرانی به اتهام صدمه به کتابهای تاريخی