"Microsoft"un işçisi Rusiyada küçə təmizləyir

Əvvəllər "Microsoft"da "developer" vəzifəsində çalışmış hindistanlı Rusiyaya köçüb və Sankt-Peterburq küçələrini təmizləməyə başlayıb.

Lim10.az Rusiya mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı Mukeş Mandal bildirib ki, öz ölkəsində "developer" kimi çalışıb. O, Rusiyada pul qazanmaq və sonra ölkəsinə qayıtmaq istəyir.

"Mən hindistanlıyam və hindistanlı üçün işin əhəmiyyəti yoxdur. İş Tanrı üçündür. İstənilən yerdə - tualetdə, küçədə, istənilən yerdə işləyə bilərsiniz", - o bildirib.

Mandal üç aydır ki, Sankt-Peterburq küçələrini təmizləyir.

Elvin

Lim10.az