Azərbaycanda ekoloji fəallar təqib olunur? - BBC-nin qərəzli yanlışı…

BBC qərəzli yanaşması ilə iqlim dəyişmələrinə qarşı mübarizədə həmrəyliyə zərbə vurur

BBC-nin Azərbaycan barədə son məqaləsinin ilk cümləsində onun qərəzi özünü göstərir - iqlim dəyişmələri hara, siyasi fəaliyyət və fəallar hara... Azərbaycanda bir nəfər də olsun iqlim fəalı həbs edilməyib. 

Beləliklə, BBC məqpalədində yazır: "İqlim dəyişikliyi üzrə əsas beynəlxalq konfrans hər il fərqli ölkədə keçirilir. Azərbaycan fəalları hədəfə almaqda və qanuni etiraz hüququnu məhdudlaşdırmaqda ittiham olunan ardıcıl üçüncü COP-a ev sahibliyi edən dövlətdir.

Bu arada, dünya üzrə 2000-ə yaxın ətraf mühit təşkilatının ittifaqı olan İqlim Fəaliyyəti Şəbəkəsinin dediyi kimi, vətəndaş azadlıqları iqlim böhranını yavaşlatmaq üçün vacibdir.

İnsan haqları təşkilatları COP29 sammitinə ev sahibliyi edəcək ölkələrin seçilməsi prosesinə yenidən baxmağa çağırır: Onlar deyirlər ki, Azərbaycanda ekoloji fəallar arasında vicdan məhbuslarının sayında narahatlıq doğuran artım var".

BBC və onun kimi digər Avropa ölkələrinin və Amerikanın iradəsini ifadə edən beynəlxalq media qurumları Azərbaycanı qaralamaq üçün COP29-u tənqid etməkdə hələ də israrlıdırlar. BBC Azərbaycan hökumətinin insan haqlarına yönəlik siyasətini tənqid etmək istəyirsə, bunu COP-suz da edə bilər. Lakin onda bu "mustəqil, qərəzsis və azad" media qrumunun izləyicilərində sual yaranacaq ki, hazırda insan haqlarının pozulmasına dair heç bir hesabat açıqlanmayıbsa, BBC nəyə görə ölkədə insan haqlarının pozulmadından danışır, mövzunu onun yadına kim salıb. Ona görə də BBC müxbirləri redaksiyaya hökumət tərəfindən göndərilən tezislər əsasında məqalələr hazırlamaq üçün COP29 mövzusunu gündəmdən salmır.

BBC müxbiri insan haqları ilə məşğul olan bir təşkilət nümayəndəsinə COP29 ilə bağlı sual verəcəksə, əlbəttə, həmin şəxs Azərbaycanda insan haqlarının pozulmasından danışacaq. Çünki COP-la onun heç bir əlaqəsi yoxdur və bəlkə də heç bilmir ki, bu konfransda hansı problemlər müzakirə edilir. Yəni BBC-nin COP29 ilə bağlı sualının ünvanı qəsdən səhv salınır. Məqsəd isə sadəcə Azərbaycanı tənqid etməkdir, onun beynəlxalq imicinə zərbə vurmaqdır.

Əslində COP29-a ətraf mühit mütəxəssisləri qiymət verməlidir. Onlar da beynəlxalq səviyyədə öz sözlərini deyib, yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycana öz minnətdarlıqlarını ifadə ediblər.

Bu sammit bir iqlim müzakirəsi platformasıdır. Əslində bunu hamı anlayır, yalnız BBC və onun həmkarları olan - ABŞ və Avropa siyasətini təbliğ edən media qurumları özlərini anlamazlığa vurur.

Məsələn, dünyada olimpiadalar keçirilir və bütün media qurumları dövlətləri bu tədbiri siyasiləşdirməməyə çağırır. Çünki bu bir həmrəylik tədbiridir, siyasiləşəndə eybəcərləşir. BMT-nin iqlim konfransı da bu qəbildən olan bir tədbirdir, dünyanın qayğısına qalmaq missiyasını hədəfləyir. Hansı ölkənin necə siyasət aparmasından asılı olmayaraq, hamı bu məsələdə əlini daşın altına qoymalıdır - dünyanın qorunması üçün həm öz mənfəətindən əl çəkməyi, həm də iqlim dəyişmələrinin fəsadlarını aradan qaldırmaq üçün vəsait xərcləməyi bacarmalıdır. Bu işdə neft ölkələrinin və inkişaf etmiş ölkələrin potensialı daha böyükdür. BBC-nin apardığı təbliğat, COP-u siyasiləşdirməsi dünyanın bu problem ətrafında yaratdığı birliyi poza bilər.

Məsələn, BBC irad tutur ki, üç dəfə dalbadal COP insan haqlarını pozan neft ölkələrində keçirilir. Çox təəssüf ki, dünyada insan haqlarını pozmayan ölkə yoxdur. Lakin burada üç ölkə dedikdə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan nəzərdə tutulur. Avropada insan haqları pozulmurmu? Bu üć ölkədən fərqli olaraq, Avropanın lider ölkələri müstəmləkələrindəki insanlara "danışan heyvan" kimi baxır. Üstəgəl, Amerika və Avropa ölkələri iqlim dəyişmələrinə qarşı mübarizədə nə gəlirlərində güzəştə getmək, nə də buna pul xərcləmək istəmirlər. Lakin bu üç ölkənin iqlim dəyişmələrinə qarşı mübarizəyə verdiyi töhfələrə baxanda görünür ki, onlar BBC-nin siyasətini təbliğ etdiyi ölkələrdən daha çox töhfə verib. COP-un çözdüyü problemlərin həllində əsas məsələ budur. BBC və onun həmkarları isə dünyada cinlə şeytanı qarışdırmaqla həmrəyliyi poznaq istəyir.

Lakin bu gün BBC-nin necə qiymətləndirməsindən asılı olmayaraq tədbir sahibi olan BMT rəhbərliyi COP29-un yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. Bu, Azərbaycan üçün böyük uğurdur.

Akif NƏSİRLİ