Hərbi həkimlərimizin Kahramanmaraşda xəsarət alanlara tibbi yardımı davam edir
Azərbaycanın hərbi həkimləri bu günədək ümumilikdə 71 cərrahi əməliyyat icra edib, 468 nəfərə isə ambulator yardım göstərib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qardaş ölkədə baş vermiş zəlzələdə zərərçəkənlərə yardım göstərən tibb heyətimiz tərəfindən növbəti 10 cərrahi əməliyyat uğurla icra olunub, həmçinin xəsarət alan 49 nəfər müayinə edilib.