“Üçüncü dünyan müharibəsi riski var”.

 Vladimir Zelenski Çin silahlarının Rusiyaya mümkün tədarükü ilə bağlı

Ukrayna prezidenti Vladimir Zelenski Çinin Rusiyaya silah tədarük etməyəcəyinə ümid etdiyini bildirib. “İnterfaks-Ukrayna” xəbər verir ki, o, bunu Kiyevdə keçrilən mətbuat konfransındakı çıxışı zamanı deyib.

“Mən inanmaq istəyirəm ki, Çin ədalətli dünyanın tərəfində olacaq, yəni bizim tərəfimizdədir. Mən sizə səmimi deyirəm və bu mənim üçün vacibdir: Çinin Rusiya Federasiyasına silah verməyəcəyinə həqiqətən inanmaq istəyirəm. Mənim üçün bu çox vacib məqamdır”, - Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Rusiya Federasiyasına Çin silahlarının tədarükünün qarşısını almaq üçün əlindən gələni edir. “Və bu, düzünü desəm, üçüncü dünya müharibəsinin baş verməsi riskidir”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, daha əvvəl “Der Spiegel” Rusiya ordusunun Çinli pilotsuz təyyarə istehsalçısı ilə kamikadze dronların tədarükü ilə bağlı danışıqlar apardığını yazıb. Fevralın əvvəlində ABŞ hakimiyyətinin nümayəndələri də Çinin Rusiyaya silah tədarük etməyə başlaya biləcəyindən danışmışdılar.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümündə Çin Xarici İşlər Nazirliyi 12 bənddən ibarət “Ukrayna böhranının siyasi həlli ilə bağlı” mövqeyini təqdim edib. Onların arasında birtərəfli sanksiyaların rədd edilməsi və "soyuq müharibə" zehniyyəti var. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, “bu, Çinin sülh planı deyil”, Pekinin “fikirləri”dir, lakin Çinin Ukrayna haqqında danışmağa başlaması “çox yaxşı”dır.