Beyləqanda “Azad İstehlakcılar”ın layihəsi yeni mərhələyə qədəm qoyub
Beyləqanda “Azad İstehlakcılar” İctimayi Birliyinin (AİİB) rəhbərliyi ilə həyata kecirilən layihə yeni mərhələyə daxil olmuşdur.
Məlum olduğu kimi,layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir. Layihənin büdcəsi 32 000 AZN təşkil edir. Layihə AİİB-in rəhbərliyi və idarəcıliyi altında, daha iki QHT-nin iştirakcılığı ilə koalisiyada 5 ay müddətində Beyləqan rayonu və ətraf qəsəbələrdə həyata kecirilir. Koalisiyaya daxil edilmiş digər iki QHT - ”Şəfa” Psixoloji Sosial Yardım” İctimayi Birliyi və “Cəmiyyətin Davamli İnkişafına Yardım” İctimayi Birliyidir.
Layihənin məqsədi “Vətən müharibəsi iştirakcılarının psixoloji-sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək”dən ibarətdir.
Hazırda layihənin fəaliyyət planında nəzərdə tutulmuş 5 ədəd istixana tam hazırdır. İstixanalar layihədə nəzərdə tutulmuş qazi ailələrinin şəxsi təsərrüfatlarında quraşdırılıb. İstixanaların hər birinə pomidor şitilləri köçürülüb, damcı suvarma sistemləri tam işlək vəziyyətdədir. Yaxın günlərdə istixanaların açılışına həsr edilmiş tədbir keçiriləcəkdir. Tədbirdə Azərbaycan Respublikasının QHT-lərinə Dövlət Dəstəyi Agentliyinin əməkdaşının iştirakı gözlənilir. Həmçinin hədəf region üzrə seçilmiş deputat da tədbirə dəvət olunacaq.
Aprel ayının ilk 15 günlüyündə hədəf qrup üzvlərinə fərdi qaydada ailələri daxilində psixoloji dəstək fəaliyyətləri həyata keçiriləcəkdir. May ayında isə fərdi təsərrüfatın səmərəli idarə olunmasına dair biznes təlimləri veriləcək.
Layihə icracılarının razılaşması əsasında Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) mütəxəssisləri təmənnasız olaraq davamlı şəkildə layihədən faydalananlara zəruri aqrotexniki xidmətlər üzrə məsləhət verməklə yüksək məhsuldarlıqli nəticələr əldə edilməsinə nail olacaqlar. Layihə benefisiarları və onlarla bir kənddə yaşayan fərdi təsərrüfat sahibləri istixanaların quraşdırılmasına ciddi maraq göstərirlər və istixananın kiçik biznes üçün yüksək yararlığını qeyd etməklə yanaşı, gələcəkdə bu sahə ilə məşqul olmaq ücün mütəxəssislərdən təmənnasız məsləhətlər alırlar.
Layihənin Beyləqan rayonunda icrası “Azad İstehlakcılar” İctimayi Birliyinin (AİİB) digər rayon təşkilatlarının da diqqətini cəlb etmiş və digər rayonlarda da oxşar layihənin icra edilməsi barədə AİİB-in mərkəzi ofisinə təkliflər gəlib.
Hesab edirik ki, mövcud təcrübəyə istinadən, Vətən müharibəsi iştirakcılarının məşğulluğunun təmin olunmasına az da olsa töhvə verən bu layihənin digər rayonlarda da həyata kecirilməsinə dəstək verilməlidir. Bu işdə Yerli İcra strukturları, Millət Vəkilləri, biznes qurumları və əhalinin məşğulluğuna cavabdeh olan uyğun qurumlar maraqli olmalidırlar.
AİİB öz təcrübəsini istənilən maraqlı tərəflə təmənnasız olaraq bölüşməyə, texniki yardım göstərməyə hazırdır.
AİİB-in sədri: Eyyub Hüseynov.