Fransada tramvayların toqquşması nəticəsində xəsarət alanların sayı artıb

Strasburqda iki tramvayın toqquşması nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.

Lim10.az xəbər verir ki, bu barədə Aşağı Reyn departamentinin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Rene Silye BFMTV telekanalının efirində bildirib.

"Xəsarət alanların həyati təhlükəsi yoxdur. Zərərçəkənlərin təxminən yarısı tibb müəssisələrinə yerləşdirilib", - o deyib.

Silyenin sözlərinə görə, tramvaylarda təxminən 150 nəfər olub.

Fransanın Strasburq şəhərində iki tramvayın toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

Lim10.az "The Sun"a istinadən xəbər verir ki, fövqəladə hadisə mərkəzi stansiyanın yaxınlığındakı dayanacağa aparan tuneldə baş verib.

BFM TV-nin polisdəki mənbəsi bildirib ki, hadisəyə relslərin bir istiqamətdən digərinə düzgün keçirilməməsi səbəb olub.