"Laçın yolunu azərbaycanlılar yox, Paşinyan bağladı"

Erməni əsgər anası: "Laçın yolunu azərbaycanlılar yox, Paşinyan bağladı"

44 günlük müharibədə həlak olan erməni əsgər Hayk Melikyanın anası Naira Melikyan jurnalistlərə müsahibəsində bildirib ki, bir neçə əsgərin valideynləri Qarabağa getmək istəyirlər.

“Laçın yolunun açılması ilə bağlı Haaqa məhkəməsinin məlum qərarı var. İlham Əliyev yolun əslində açıq olduğunu elan edir. Vəziyyətin necə olduğunu anlamaq üçün ora gedəcəyik. Sərhədlərimizdə vəziyyətin necə olduğunu da anlayacağıq. normal və aydın məlumat yoxdur - insanlar nə baş verdiyini bilməlidirlər. Xalq bilməlidir ki, 44 günlük müharibə ssenarisi təkrarlanmasın, 44 gün hamımıza yalan danışıb deyirdilər ki, hər şey yaxşıdır, biz qalib gəlirik.

Laçın yoluna çatmamış Təh kəndində keçid məntəqəsi var. Qəribədir ki, oradakı keçid məntəqəsidə dayanan türk və ya rus deyil, ermənidir əsgəridir. Sual yaranır. O zaman niyə bizə imkan vermirlər?

Bilirsiniz, bu günə qədər mən uşağımın qalıqlarının harada olduğunu bilmirəm. Məsələn, mən gedib ora gül qoymaq istəyirəm. Təhlükəsizlik məsələsi nədir? Biz silahla və ya qoşunla getmirik, bu dinc aksiyadır. Azərbaycanlılar bizə atəş açacaqlar? Deyirlər, yol açıqdır. Haaqa məhkəməsi də deyir ki, bu sənin haqqındır. Buna görə güllələnməliyik? Təhlükəsizlik məsələsi nədir? Yəni belə bir sual yoxdur. Onlar (Ermənistan hakimiyyəti – red.) sadəcə olaraq buna (Qarabağa keçməyə) niyə imkan vermədiklərini əsaslandırmaq üçün deyirlər. Bu, bizim üçün sübut olacaq ki, yolu bağlayan azərbaycanlılar deyil, Paşinyan olub.

Hər zaman hər şey bizdən gizlədilib. 44 günlük müharibədə niyə bizdən məlumat gizlətdilər? Artsrun Hovhannisyan niyə səhərdən axşama kimi qışqırdı ki, biz qalib gəlirik? Niyə hər şeyi təhrif etdilər? Nə üçün? Bizi nəyin bahasına olursa olsun məğlubiyyətə çatdırmaq ıçün bunu edirdilər. İndi də eyni ssenari təkrarlanır”, - deyə Melikyan bildirib.

Caliber.Az