Yanğınlara görə ABŞ-nin ən populyar muzeylərindən biri təxliyə edildi

Kaliforniyada yanğınların güclənməsi ilə əlaqədar ABŞ-nin ən çox ziyarət edilən muzeylərindən biri olan Qetti Muzeyindən təxliyə elan edilib.

Lim10.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, Rubens, Rembrandt, Deqas, Mone və bir çox başqa ustadların rəsm əsərlərinin yer aldığı "Getty Center"in əməkdaşları təxliyə edilibl'r.

Binada yalnız təhlükəsizlik işçiləri qalıblar.

Xatırladaq ki, 2017-ci ildə muzeyin ərazisinin bir hissəsi yanıb, lakin sərgiyə ziyan dəyməyib.