Meksikada güclü zəlzələ baş verdi
Meksikanın qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 137 minə yaxın insanın yaşadığı Kolima şəhərindən 88 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 86 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.