"Roma" məğlubiyyətdən son anda xilas oldu

İtaliya A Seriyasının 20-ci turunda "Roma" səfərdə "Bolonya"nın qonağı olub.

Lim10.az xəbər verir ki, gərgin keçən oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

"Roma"dan qolları Aleksis Salemakers (58-ci dəqiqədə) və Artyom Dovbik (90+8), "Bolonya"dan isə Teys Dallinqa (61-ci dəqiqədə) və Luis Fergüson (65-ci dəqiqə) imza atıblar.

Bu nəticədən sonra "Roma"nın 24 xalla turnir cədvəlində onuncu, "Bolonya" isə 29 xalla yeddinci yerdə qərarlaşıb.