Məşhur filmlərin iştirakçısı: "Çətinliklə dolanıram"
"Qladiator", "Akvamen", "Forsaj 7", "Kapitan Marvel" kimi bir çox məşhur filmlərdə çəkilmiş ABŞ aktyoru Cimon Hunsu hesab edir ki, Hollivud studiyaları ona işinə görə az maaş verir və bu səbəbdən də o, maliyyə çətinlikləri ilə üzləşir.
Lim10.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
"Hələ də dolanmaqda çətinlik çəkirəm. Mən 20 ildən artıqdır ki, kino biznesindəyəm, iki "Oskar" nominasiyası qazanmışam və çoxsaylı blokbasterlərdə rol almışam, lakin hələ də maddi cəhətdən əziyyət çəkirəm", - Hunsu deyib.
Aktyor 1997-ci ildə "Oskar" münsiflərinin onun Stiven Spilberqin "Amistad" filmindəki işinə necə məhəl qoymadığını xatırladıb. O, film üçün "Qızıl Qlobus"a namizəd olub, lakin ABŞ Kino Akademiyası onun işini qiymətləndirməyib.
"Oskar"da mənə məhəl qoymadılar, dedilər ki, yeni insanam, az qala küçədən gəlmişəm. İşi uğurla yerinə yetirməyimə baxmayaraq, mənim kimi aktyorun hörmətə layiq olmadığına qərar verdilər. Biz hələ də bərabərlik və müxtəliflik ideyalarını praktikada tətbiqindən uzağıq. Sistemli irqçilik hələ də həyatımızın bir parçası olacaq", - aktyor gileylənib.