Braziliyada torpaq sürüşməsi: Ölənlər var
Braziliyanın Minas-Jerays ştatında torpaq sürüşməsi baş verib.
Lim10.az-ın xəbərinə görə, bu barədə "CNN Brasil" telekanalı yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat verib.
Məlumata görə, sürüşmə nəticəsində azı 9 nəfər həyatını itirib. Daha bir nəfər hələ də itkin düşmüş sayılır.
Ölənlər sürüşmədən ən çox zərər çəkən İpatinqa şəhərinin sakinləri olublar. Təbii fəlakət səbəbindən 150 nəfər evsiz qalıb.
Ştatın qubernatoru Romeu Zima dağıntıların miqyasının və lazım olan yardımın həcminin qiymətləndirilməsi üçün İpatinqaya səfər etməyi planlaşdırır.
Xatırladaq ki, yanvarın 12-nə keçən gecə Minas-Jerays ştatında güclü yağışlar yağıb. Ştatda fövqəladə vəziyyət elan edilib və bu, 180 gün ərzində qüvvədə qalacaq.