İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı

İranəsilli Almaniya vətəndaşı Nahid Təqvi İran həbsxanasında dörd il həbsdən sonra azadlığa buraxılıb.

Oxu.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə onun qızı Məryəm Klaren özünün "X" hesabından paylaşım edib.

"Bitdi. Anam azadlığa buraxıldı", - deyə o sosial şəbəkə hesabından yazıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok isə özünün "X" hesabında Nahid Təqvinin ailəsini qucaqlaya bilməsini böyük sevinc adlandırıb.

Qeyd edək ki, Almaniya vətəndaşı 69 yaşlı Nahid Təqvi 2019-cu ilin oktyabrında Tehrandakı evində SEPAH qüvvələri tərəfindən saxlanılıb və 7 aydan çox təkadamlıq kamerada tutulub.