3 saylı yetimlər evində uşaq məhv edilir

Vicdanın leş qoxdugu, sözün bitdiyi yer - 3 saylı uşaq evi...

Bakıda 3 saylı kimsəsi uşaqlar evinin 73 yaşlı qoca müdirəsi Məhbubə arvadın və işçilərinin qeyri insani rəftarlarını Məhəmməd Hacıyev adlı usaq kiçik videoya çəkıib paylaşıb. Buna görə 16 yaşlı uşağı - Məhəmməd Hacıyevi Məhbubə arvad polisin əli ilə Maştagada dəlixanaya saldırıb.
Videodan görünür ki, uşaq haqsızlıga etiraz edə biləcək, onlara ayrılan ərzaqları siçovul kimi oğurlayıb daşıyanları dilə gətirəcək, çəkib paylaşa biləcək qədər sağlamdır. Amma Məhbubə arvad onu "dəli" adlandıraraq, dəlixanaya saldirmağı bacarıb.
Yetimlərin ağzının tikəsini oğurlayıb balasına yedirən alçaqlar, satdırıb övladlarına güzaran yaradan vicdanı iylənmişlər,
"mənim tikəmi oğurlayıb yemə", "satdırma" deyən uşaq dəlidirmi?
Vicdanlı insanlarımızı bu yetim uşağın həyatının məhv edilməsinə biganə qalmamaga çagırıram.
Onun haqqını müdafiə edəcək kimsəsi yoxdur. Cəmiyyət sussa onu gerçəkdən də orada dəli edəcəklər.
Dəli olmayanı rüşvət müqabilində saxta dəli diaqnozu ilə ruhi xəstəxanaya qəbul etməklə gənc bir oglanın həyatının məhv edilməsinə şərik olan, Maşdağadakı 1 saylı ruhi xəstəxananın məsul işçiləri bu hadisəyə görə məhsuliyyətə cəlb olunmalıdır.
Paylaşmagınızı, ictimailəşdirməyinizi xahiş edirəm. Paylaşın ki, vicdanı iylənmişlər murdar rüşvət məngənəsində bir gənci məhv edə bilməsinlər!
Afaq Fərzəlibəyova