Haker milyonlarla istifadəçinin məkan məlumatlarını oğurladı

"Gravy Analytics"də kütləvi məlumat pozuntusu aşkarlanıb.

Lim10.az gazeta.ru-ya istinadən xəbər verir ki, məşhur "Android" və "iPhone" proqramlarının milyonlarla istifadəçisinin məkan məlumatları oğurlanıb.

Bildirilir ki, oğurlanan məlumatlar tez-tez ziyarət edilən yerlər, ev, iş ünvanları və s. kimi milyonlarla təfərrüatdan ibarətdir.

Qeyd olunur ki, bu cür məlumatlar reklam üçün real vaxt rejimində istifadə olunur, istifadəçilərə hansı reklamların göstəriləcəyinə qərar verilir.

Məlumata görə, mənfi təsirə məruz qalan proqramların siyahısına "Candy Crush", "Temple Run", "Subway Surfers", "Tumblr", "Microsoft 365", "Flightradar24" və müxtəlif VPN xidmətləri daxildir.