Özbəkistan təyyarəsi Moskvada təcili eniş etdi
Buxara-Moskva reysini həyata keçirən Özbəkistan Hava Yollarına məxsus təyyarə Moskvada təcili eniş edib.
Lim10.az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə aviaşirkətin nümayəndəsi məlumat verib.
Məlumata görə, eniş zamanı təyyarənin mühərriklərindən birində nasazlıq yaranıb və sıradan çıxıb. Ekipaj lazımi tədbirləri tamamlayıb və "A-320" təyyarəsi bir mühərriklə uğurlu şəkildə "Vnukovo" hava limanına enib.
Təyyarənin göyərtəsində 132 sərnişin olub.