"Haber Global": Ermənistan Qərblə əlaqələrini dərinləşdirməyə çalışır

Son zamanlar Rusiyadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq üçün səylərini artıran Ermənistan Aİ-yə üzvlük prosesini yenidən başlamaq qərarına gəlib. Daha sonra isə İrəvan ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb. Rusiya dövlət televiziyasında Zəngəzur dəhlizinin açılmasının zəruriliyi vurğulananda isə Ermənistan Rusiyaya nota göndərib.

Lim10.az xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin "Haber Global" telekanalı süjet hazırlayıb.

Videomaterialda bildirilir ki, ikinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətdən sonra Ermənistan xarici siyasət oxunu dəyişərək üzünü ABŞ və Qərbə çevirib. Bir tərəfdən Fransadan hərbi və siyasi dəstək axtarır, digər tərəfdən isə ABŞ ilə münasibətləri inkişaf etdirmək üçün qollarını çırmalayıb.

Nəhayət, Vaşinqton və İrəvan arasında müdafiə və iqtisadiyyat sahələrində əlaqələrin gücləndirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq komissiyası imzalanıb. Mərasimdə ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iştirak ediblər. Blinken razılaşmanı iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi kimi qiymətləndirib. Mirzoyan isə münasibətlərin regional sülh üçün də vacib olduğunu deyib.

Daha ətraflı "Haber Global"ın süjetində: