Azərbaycanda gömrük "islahatı uğurla" davam edir

Adının çəkilməsini istəməyən Azərbaycan vətəndaşı ailəvi Türkiyədən qayıdan zaman, Dövlət Gömrük Komitəsinin əməkdaşları onu saxlayıblar. Vətəndaşların əllərində olan yükü yoxlayıblar. Yükdən nə silah, nə narkotik, nə də hər hansısa qanunsuz maddələr aşkarlanmayıb. Lakin DGK iddia edir ki, yükdən 800 dollardan çox başa gələn əşyalar aşkar edilib. Buna görə də camaatın aldığı şəxsi pal-paltarlar, uşaq geyimləri, ayaqqabılar, oyuncaqlar, ucuz zinət əşyalarının fotolarını silah və narkotik kimi çəkib, sosial mediada paylaşıblar. Heç rüşvətxor Səfər Mehdiyevin də ağlına belə şeylər gəlməzdi. Bu "islahatçı"lar o qədər "təkimləşiblar", o qədər "inkişaf ediblər" ki, camaata göz verib, işıq vermirlər.

Xalqın sərvətini talayan oliqarxlar ölkədə hər şeyi monopoliyaya alsın, ölkənin quru sərhədlərini bağla, sadə vətəndaşlar od qiymətinə qonşu ölkəyə səfər edərkən, geri qayidanda özü ilə bazarlıq edib gətirsin, sən də rəsmi qurum olaraq özünü bandit kimi aparıb, əlindəkiləri tut qamarla, al... Nə gözəl siyasət, nə gözəl islahat...

P.S. Qeyd edək ki, bu formula gömrükdə kütləvi xarakter alıb.