Bakcell-in daha bir fırıldağı üzə çıxdı
Bakcell-in daha bir fırıldağı üzə çıxdı
Hər ay Bakcell nömrəmə (0558476605) 2 GB internet, 350 dəqiqə ölkə daxili hər tərəfə danışıq təklif edilən Klass paketi götürürəm. Ötən ay internet balansı ayın sonuna çatmadı, tez bitdi. Yenidən internet trafiki üçün müraciət etdikdə məndən soruşmadan 10 manat dəyərində 5GB internet paketi verildi. Bu paketdən 10 gün istifadə etdikdən sonra Klass paketi bitdi və həmin paketi yenilədim ki, həm də danışıq dəqiqələridən bəhrələnim. İkinci internet paketi yüklənən kimi əvvəl götürdüyüm 5 GB-lik paketdən istifadə dayandirıldı. İstifadə etdiyim trafik ikinci paketdən (2GB) çıxilmağa başlandı. Birinci paketin vaxtinın bitməsinə 20 gün, ikincinin bitməsinə isə 30 gün qaldığından, Bakcell ikinci paketdən istifadəyə qərar verir. Mənim pulunu ödəyib aldığım paketin hansından istifadə etməyə mənim.iradəmdən asılı olmayraq Bakcell qərar verir. Məntiqlə də hansı paket əvvəl alınıbsa, o bitmeli, artdınca da ikinci paketdən istifadə başlamalıdır. Bakcell mənə məxsus internet paketini tərsinə, qeyri-məntiqi və özünə sərf edən şəkildə idarə edir ki, mən 10 gün daha tez internet paketi üçün müraciət edim. Verəcəyim 10 manat məndən 10 gün tez çıxsın deyə Bakcell bu fırıldağa əl atıb.
Lakin hələ bu da fırıldağın hamsi deyil. Bakcell-in müştəri xidmətində oturan operatorlar da şirkətin özü kimi fırıldaqçıdır. Məsələ ilə əlaqədar müştəri xidmətinə müraciət etdim. Operator mənə deyir ki, siz Klass paketinə abunəsiniz, amma ikinci paketə abunə deyilsiniz, ona görə də qaydalara əsasən üstünlük abunə olduğunüz paketə verilir. Bununla yanaşi, mənə sübut etməyə çalışır ki, paketlərin bu cür idarə edilməsi mənim xeyrimədir. Mən baş düşə bilmirəm, pulunu verib aldığım paketi nəyə görə Bakcell idarə etməlidir, o müəyyənləşdirməlidir ki, mən hansından istifadə edim?
Digər tərəfdən, əlavə aldığım 5GB-lik internet paketi bitəndən bəri hər gün Bakcell mənə mesaj göndərir ki, bu "paketin yenilənməsi üçün balansınızda kifayət qədər məbləğ yoxdur, xahiş edirik blansınızı artırın" - 10 manatı tez qamarlayaq!
Deməli, operator abunə olduğum paketin üstünlüyü barədə söylədiyi bir qayda keçərli deyil, Bakcell məni hər iki paketə abunə edib.
Azərbaycanda mobil operatorların müştərilərə qurduğu "intellektual fırıldaqları"ın sayi-hesabı yoxdur, nə qədər yazsaq da bitmir. Ona görə ki, mobil xidmətlər sahəsi iki şirkətin inhisarindadir - Bakcell və Azercell. Narmobil isə Bakcell-in bir filialıdır.
Akif Nəsirli