"1000 BƏRƏKƏT HALAL NEMƏT” müştəriləri aldadırmış
Azərbaycanda “1000 BƏRƏKƏT HALAL NEMƏT” brendi ilə kolbasa və sosiskalar istehsal edən “Səhliyalı” Kiçik Müəssisəsi istehlakçılara mal əti adı ilə toyuq məmulatları satır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə açıqlama yayıb.
AQTA 10 fevral 2023-ci ildə bununla bağlı araşdırma aparıb. Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Həmin siyahıda “Səhliyalı” Kiçik Müəssisəsinin adı da var.
Qeyd edilir ki, şirkətin “Səhliyalı” yarım hisə verilmiş “Servelat” kolbasası üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.
Digəri isə “Halal 5+” “Sacüstü” halal sosiskadır. Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb.