SEPAH komandanı Əsədin qardaşının villasında yaralanıb
Suriyanın paytaxtı Dəməşqin naməlum təyyarə ilə raket atəşinə tutulması nəticəsində SEPAH-ın Qüds qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani yaralanıb. Bu barədə “Euphrates Eye” məlumat yayıb.
Qeyd edək ki, Qüds qüvvələrinin keçmiş komandanı Qasım Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanında ABŞ-ın dron hücumu nəticəsində öldürülüb.