Saakaşviliyə Polşanın ali mükafatı təqdim ediləcək

Saakaşviliyə bu gün Polşanın ali mükafatı təqdim ediləcək


Həbsdə olan sabiq Prezident Mixeil Saakaşviliyə bu gün Polşanın ən ali mükafatlarından olan "Prometey Mükafatı" təqdim ediləcək.
Bu barədə Mixeil Saakaşvilinin "Facebook" hesabındakı paylaşımda bildirilib.
Məlumata görə, mükafat Saakaşviliyə azadlıq uğrunda mübarizəyə verdiyi töhfələrinə görə təqdim ediləcək.
Təqdimat mərasimində iştirak məqsədilə müxalif "Vahid Milli Hərəkat" partiyasının lideri Levan Xabeişvili Polşaya gedib. Mərasimdə Polşanın yüksək səviyyəli hökumət rəsmilərinin, eləcə də Ukrayna və Fransadan nümayəndə heyətlərinin dəvət edildiyi qeyd edilib.