"$TRUMP" kriptovalyutasından alış-verişdə istifadə edilməsinə başlandı
ABŞ Prezidenti Donald Trampın brendi altında məhsullar satan saytlar "Bitcoin" və kredit kartları ilə yanaşı "$TRUMP" memkoinini də ödəniş vasitəsi kimi qəbul etməyə başlayıblar.
Bu barədə Lim10.az "İnterfaks"a istinadən xəbər verib.
Bildirilib ki, onlara Travala.com turizm portalı da daxil olmaqla bir sıra onlayn resurslar qoşulub.
Bu tədbirlər internetdə alış-veriş üçün kriptovalyutadan istifadəni stimullaşdırmağa yönəlib. Bu cür hesablaşmalar üçün ən populyar olanı ənənəvi valyutaya bağlı olan steyblkoinlərdir. Dəyəri dinamik dəyişən kriptovalyutalara gəldikdə isə, onlar, ümumiyyətlə, hələ ödəniş üsulu kimi populyarlıq qazana bilməyiblər.
Xatırladaq ki, "$TRUMP" memkoini yanvarın 17-də çıxıb və ABŞ prezidenti tərəfindən özünün "The Truth Social" sosial şəbəkəsində təqdim edilib.