Mikayıl Cabbarov gömrük işçilərinin peşə bayramını təbrik edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov gömrük işçilərinin peşə bayramını təbrik edib.

Lim10.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.

"30 yanvar ölkəmizin gömrük işçilərinin peşə bayramıdır. Gömrük sahəsinin inkişafında fəal iştirakçı olan gömrükçülərimizi təbrik edir, uğurlar və yeni nailiyyətlər arzulayırıq", - deyə paylaşımda qeyd olunub.