"Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb

"Qazprom"un "Türk Axını" qaz kəməri ilə tədarükü gündəlik 50 milyon kubmetr həcmini keçib.

Lim10.az-ın məlumatına görə, bu barədə Avropa qaz nəqliyyat sistemi operatorları şəbəkəsinin (ENTSOG) hesabatından aydın olub.

Orta gündəlik ixrac məlumatlarına əsaslanan hesablamalara görə, bu, tarixi maksimumdur.

Belə ki, 2025-ci ilin yanvarında gündəlik qaz tranziti 2024-cü ilin yanvarı ilə müqayisədə 26.8% artaraq gündəlik 39.9 milyon kubmetrdən 50.6 milyon kubmetrə yüksəlib. Əvvəlki ayla müqayisədə tədarük həcmi gündəlik 49.6 milyon kubmetrdən 2% artıb. 2025-ci ilin yanvarında "Türk Axını" ilə Avropaya "Qazprom"un ümumi ixracı ilkin hesablamalara görə 1.24 milyard kubmetrə qarşı təxminən 1.57 milyard kubmetr təşkil edib.

Tədarük həcmi Ukrayna üzərindən tranzitin və qaz kəmərlərində diversiyadan sonra "Şimal Axını" ilə qaz tədarükünün dayandırılması fonunda rekord həddə çatıb. "Türk Axını" Rusiyanın Avropaya tədarük üçün qalan yeganə marşrutudur.

Qeyd edilir ki, Türkiyə üzərindən keçən qaz kəmərinin illik gücü 15.75 milyard kubmetrə çatır.