Ermənilər ZMMZ mühafizəçisinin ölümünu əsgərimizin üstünə atirlar

Zəngəzur Mis-Molibden Zavodunun (ZMMZ) mühafizəçisinin qətlində “Azərbaycan izi” barədə məlumat yoxdur - Böyük Britaniya

Cinayətin azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı İstintaq Komitəsinə hələlik heç bir məlumat daxil olmayıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan medianın sorğusuna cavab olaraq öz Facebook səhifəsində yazıb.

Bundan əvvəl Ermənistan Polisinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan “Novosti-Armenia” agentliyinə Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin güllələnərək öldürüldüyünü bildirib.

İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, 56 yaşlı mühafizəçinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açılıb. Hadisə yerinə baxış zamanı mühafizəçinin döş qəfəsi və başından güllə yaraları olan meyiti aşkar edilib, 1 ədəd qoşalüləli ov tüfəngi götürülüb.

Erməni mətbuatının yazdığina görə, öldürülən ZMMZ mühafizəçisinin telefonu saxlanılan azərbaycanlı əsgərdən tapılıb: "Üç gün əvvəl həmkarı ilə Ermənistan sərhədini keçən Azərbaycan hərbçisi Sünik rayonunun Açanan kəndindən olan üç gənc tərəfindən saxlanılıb. Ondan bir gün əvvəl öldürülən Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin telefonunu tapıblar".

Bu barədə həbsdə iştirak edən Qor Ohancanyanla əlaqə saxlayan NEWS.am məlumat yayıb.

Ohancanyan deyib ki, dostu ilə birlikdə onu yolda görüblər. Dindirildikdən sonra onun Azərbaycan əsgəri olduğunu anlayıb və saxlayıblar. Bundan sonra polis gəlib.

Azərbaycan tərəfinin məlumatına görə, bu ermənilərin növbəti təzribatıdır.