İstehlakçının məhsulu geri qaytarmaq hüququ var
İstehlakçının təkcə məhsulu dəyişdirmək yox, həm də geri qaytarmaq hüququ var
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı aldığı malı istifadə etməyibsə, onun əmtəə görünüşü dəyişməyibsə, plombu, yarlığı cırılmayıbsa, zədələnməyibsə, dəyişdirilməsi və ya qaytarılması mümkün olmayan məhsulların siyahısına daxil deyilsə, həmin məhsulu 14 gün ərzində dəyişdirə və ya geri qaytara bilər.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.
Qeyd edək ki, bu qanunda boşluq ondan ibarətdir ki, burada məhsul istifadəyə yararsız olduğu halda istehlakçının nə edəcəyi barədə heç bir hüquqdan söhbət açılmır. İnkişaf etmiş ölkələrdə belə hallar baş verdikdə istehlakçının müayinə (məhsulun analizi) üçün müstəqil laboratoriyalara və nəticədən asılı olaraq məhkəmələrə müraciət etməsi nəzərdə tutulur.