Qızılın qiyməti tarixi maksimumu yenilədi
![](https://lim10.az/images/article/big/1739257082.6103.webp)
"Comex" birjasında (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin aprel ayında təhvil verilməsi nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək troya unsiyasına görə 2950 dollardan yuxarı satılır.
Oxu.Az-ın məlumatına görə, bu, ticarət platformasının bu günə olan məlumatında bildirilir.
Belə ki, Bakı vaxtı ilə saat 05:09-a olan məlumata əsasən, qızılın qiyməti 1.6% artaraq 2950.3 dollara çatıb. Üç dəqiqə sonra artım davam edərək 2953.8 dollar səviyyəsinə qalxıb. Bakı vaxtı ilə 05:17-də qızılın qiyməti artımını yavaşladaraq 2953.2 dollar səviyyəsində olub.