Ukrayna tərəfi döyüşlərin getdiyi əraziləri və Rusiya tərəfinin itkilərini açıqlayıb

 

 

Ötən gün ərzində, Ukrayna tərəfi Liman, Baxmut, Avdiivka, Marinka və Şaxtyorsk istiqamətlərində Rusiyanın ümumilikdə 55 hücumunu dəf edib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, şiddətli döyüşlər hazırda xüsusilə Baxmut və Marinka uğrunda gedir. Qeyd olunur ki, Rusiya təcavüzkarları Ukrayna silahlı qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini çoxsaylı raket sistemlərindən 69 dəfə atəşə tutublar. Mülki əhali arasında ölən və yaralananlar var, fərdi yaşayış evləri və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Ukrayna Baş Qərargahının məlumatına əsasən, Rusiya qüvvələri ötən gün ərzində Ukrayna ərazisinə 3 raket və 57 hava zərbəsi endirib, o cümlədən “Şahid-136” tipli 26 pilotsuz uçuş aparatından istifadə edilib. Onlardan 21-i ukraynalılar tərəfindən məhv edilib.

Qeyd edilir ki, Ukrayna ordusu Rusiya tərəfindən həyata keçirilən hücumları cavabsız qoymayıb. Rusiya qoşunlarının şəxsi tərkibinin cəmləşdiyi 7 yerə, canlı qüvvənin toplaşdığı ərazilərə zərbələr endirib.