Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödəniş qaydası

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün (Xəstəlik vərəqəsinə görə) müavinət sığortaedənin (DSMF) vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta (DSMF) haqları hesabına ödənilir.
Azər Quliyev.