Azərbaycanda Əmək Müqaviləsi əsasən formal xarakter daşıyır
Əksər işçilər Əmək Müqaviləsinə onu oxumadan imza atir!
Hər bir işçinin, imza etməmişdən əvvəl Əmək müqaviləsi, ona edilən əlavə və ya düzəlişlərlə tanış olmaq hüququ vardır. Hər bir halda bu yazılmış və ya yazılmamış qanunu yadda saxlamaq lazımdır. Əgər işəgötürən ilə işçi arasında hər hansı bir razılaşma olubsa və bu əmək müqaviləsi, əlavə və ya düzəlişlərlə imzalanmaqla təsdiq olunubsa, bu tərəflərin iradə ifadəsinin təzahürü, rəsmiləşdirilməsidir, səbəbindən asılı olmayaraq: tərəflər oxudu və ya oxumadı, tanış oldu və ya olmadı, aldatdılar və sair.
Əlbəttə, ancaq bir şərtlə ki, bu vəzifə və ya öhdəliklər Əmək Məcəlləsinə zidd olsun və ya işçi buna hədə-qorxu nəticəsində imza etsin. Lakin bu halı da sübut etmə vəzifəsi işçinin üzərinə düşür. Əgər işçi qeyd olunan sənədləri imzalayarsa, həmin işçini hüquqi yollarla heç bir: həmkar təşkilatı, hüquq müdafiəçisi, istəsə belə Əmək Müfəttişliyi, Ombudsman, Məhkəmə və sair hüquqi yollarla müdafiə etmək və işçinin hüququnu bərpa etmək imkanı olmur.
Azər Quliyev