SOCAR Heydər Əliyev ilinə necə töhfə verir?
SOCAR-ın əməkdaşının Heydər Əliyev ili ilə bağlı keçriləcək futbol yarışlarının necə eybəcər formada keçrilməsi barədə müraciətini Mirvari Qəhrəmanlı öz Feyzbuk səhifəsində dərc edib. Statusu oxuyanda tam əmin olursan ki, Azərbaycanın milyardlar xərcləyən ən böyük şirkətinin də məmurları üçün müqəddəs bir dəyər yoxdur.
İctimai marağı nəsmzərə alaraq, müraciəti qramatik səhvləri düzəltməklə, olduğu kimi oxucularımıza təqdim edirik.
- Bildiyiniz kimi 2023-cü il Heydər Əliyev ili elan olunub. Bununla bağlı olaraq dövlət müəssisələrinin iṣ planına xüsusi tədbirlər keçirilmesi barədə bəndlər salınıb. SOCAR-ın müəssisələri arasinda keçrilecək futbol turniri də bu qəbildən olan tedbirlərdəndir. Əvvəla onu qeyd edək ki, bu yarışların təşkili səviyyəsi çox aṣaĝıdır. Yarışların keçrilməsi proqramına, onu həyata keçirən heyətə baxanda bilirsən ki, bütün bu tədbirlər yalnız qeydiyyat və pul silmək üçün təşkil edilib. Belə ki, SOCAR-în "Neftçi" idman cəmiyyəti dura-dura yarıṣı idmanla heç bir elaqesi olmayan adamlar - kadrlar idarəsinin məmurları həyata keçirir. Yarışın əsasnaməsini ortaya çöxaran yoxdur. Hamı bir-birinin üstünə atır.
Yarışdakı mübahisəli məsələləri araşdırmali olan apelyasiya komissiyasının varlığı-yoxluğu bəlli deyil. Dildən-dilə dolaşan ṣifahi məlymatlara görə, yarışa yalnız bir müəssisəni təmsil edən komandalar çixa biler. Amma turnirin təşkilatçiları "Down Streem" (Aṣaĝı axın) adlı bir komanda buraxiblar yarışlara. Məlumat üçün bildirim ki, SOCAR-ın fəaliyyeti üç istiqamətdə həyata keçirilir: Down Streem, Midle Streem ve Up Streem (yeri gelmiṣken, yavaṣ-yavaṣ Azerbaycan dili aradan çixir...). SOCAR-a daxil olan saysız-hesabsız müəssisələr bu üç mərhələni yerinə yetirməklə məşğuldur, Yəni hər mərhələyə 15-20 müəssisə daxildir. Belə olan halda Down Streem adlı komandanın iṣçilerinin iṣəgötürəni kimdir ve fərqli müəssisələrdə çalışan işçilər bir komandada necə oynaya, mübarizə apara bilər?
Görünən odur ki, bu õlkədə heç bir iṣdə halallıq yoxdur! Əslində, baṣqa cür olsaydı, təəccüblənərdik... Bura Azərbaycandırsa, elə belə də olmalıdır.