Əmək Məcəlləsinin Azərbaycanda işləməyən maddəsi hansıdır?

Azərbaycanda əsasən Əmək Məcəlləsinin 70-ci maddəsi məşhurdur. Məsələn, dilimizdə məşhurlaşan "maddə ilə işdən qovulma" məhz Əmək Məcəlləsinin bu maddəsinə əsaslsnır.

Ştat: 

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları

 

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;

b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

Amma çox təəssüf ki, Əmək Məcəlləsinin işçilərini daha çox hüquqlarını qoruyan maddəsi barədə əksəriyyətimiz heç nə bilmirik. Məsələn, Əmək Məcəlləsinin​ 300-cü maddəsinə əksər hallarda tam riayət​ olunmur və ya nadir hallarda riayət​ olunur. Kifayət qədər əsaslar olmasına rəğmən bu maddənin maddi hüquq norması tam təmin olunmur.

Belə ki, Əmək Məcəlləsinin bu​ maddəsinə əsasən:​ əgər işəgötürən Əmək müqaviləsini Əmək Məcəlləsində​ nəzərdə tutulmuş əsasları pozmaqla​ əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə, qətnamədə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini nəzərdə tuta bilər.

Lakin, İşçinin iddiası təmin olunarkən və bu barədə Məhkəmə qətnamələri qəbul edilərkən çox təəssüf ki, əksər hallarda məhkəmə işçinin: hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği,​ işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi və maddi​ ziyan, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi xərclər, banklardan götürdüyü kredit, müalicə xərcləri və sair xərclər nəzərə almır.

Ştat: