Muxtar Mahmudov müstəqillik dövrünün ən böyük İES-inin istismara veriləcəyi vaxtı açıqladı

"Müstəqillik dövrünün ən böyük istilik elektrik stansiyası olan və təməli 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən qoyulan 1280 MQV-lıq stansiyanın tikinti işləri yekunlaşır".
Lim10.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, stansiyanın istismara verilməsi may ayına planlaşdırılır:
"Bundan sonra hər il üçün bir milyard kubmetr qaza qənaət ediləcək. Bu da iki milyon ton karbon qazı emissiyasına bərabərdir".
Mərahim Nəsib