"Azəriqaz" abonentlərə haqq-nahaq cərimə yazır!
“Azəriqaz” İB tərəfindən itirilmiş qazın bərpası (uçota alınmayan qaz sərfi) məqsədi ilə saatlıq qaz sərfi qaz sayğacının maksimal sərfölçmə qabiliyyətinə uyğun olmalayan abonentlərə uçota alınmayan qaz sərfi hesablanması davam edəcək.
Bununla əlaqadar “Azəriqaz” İB-nin AGİS abonent bazasında hər bir abonentin fərdi hesabında aylıq istifadə edilmiş qazın həcmi təhlil olunmuş və saatlıq qaz sərfi qaz sayğacının maksimal sərfölçmə qabiliyyətinə uyğun olmayan abonentlər müvafiq qaydada müəyyən edilmişdir. Əgər bir abonent il ərzində 7000 m³-dən artıq qazdan istifadə etmişsə ona 2160 m³, 10.000 m³-dan artıq qazdan istifadəyə görə 4320 m³ itrilmid qaz hesablanır və bu belə silsiləli şəkildə yüksəlir. RQİİ-lərə abonent siyahisi və AKT forması da göndərilmişdir. Bu açıq-aşkar abonentlərin havadan yüklenməsidir. Hələ heç kimə məlum deyil ki, "Azəriqaz" İB nə qədər qaz itirib. Beləcə 8sə abonentə sərfiyyatı a görə itrilmid qaz hesablanır və ona uyğun cərimə hesablanır.
Prosesi müşahidə edən mıstəqil ekspert isə bunu qaz itgisini yenə abonent hesabına bağlanılması üçün "Azəriqaz" tərəfindən aparılan düzgün olmayan siyasət hesab edir və müəyyən məqamlara diqqət yetirilməsini məqsədəuyğun hesab edir :
- Məlum olduğu kimi, əhalinin 95%- istifadəsində G-4 markalı qaz sayğacları təşkil edir. G-4 markalı qaz sayğacının pasport göstəricilərinə əsasən onun 1 saata maksimal qaz buraxma əmsalı 6 m³/saat-dır. Yəni abonent 1 saat ərzində fərdi evində 6 m³/saat qazdan öz məişət qaz cihazlarında istifadə edə bilər və bu onun haqqidir. Belə olan halda abonent əgər 1 saat ərzində 6 m³ qazdan istifadə edə bilərsə o gün ərzində 6X24=144 m³, ay ərzində 144x30=4320 m³ qazdan istifadə edə bilər. Abonentə itirilmiş qaz o zaman hesablana bilər ki, onun istifadəsində G-4 markalı sayğac olsun və o ayda ən azından 4500 m³ qazdan istifadə etsin