SOCAR dilimizi sürətlə yabanilaşdırır
Mirvari Qəhrəmanlı öz Fb.com səhifəsində ARDNŞ-ın necə SOCAR-a çevrilməsi barədə böyük bir post paylaşıb.
postda deyilir ki, uzun illər öncə adı doğma dilimizdə səslənən, yazılan, dövlətimizin şirkəti olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) qərb dillilərin xatrinə dönüb, SOCAR (State Oil Company of Azerbaijan Republic) oldu: "Dedilər şirkətin loqosudur. Olsun. Lakin tezliklə ölkə daxilində də verilən əmr və sərəncamlarda, KİV-də və s.-də artıq "ARDNŞ" yazılmadı, yaddan çıxdı. İndiki nəslin əksər nümayəndələri Azərbaycan dövlətinin şirkətinin adını öz doğma dilimizdə deyil, elə "SOCAR" kimi tanıyır. Xaricdə təhsil almış yeni komandanın gəlişindən sonra aparılan islahatlar zamanı daha yeni yad terminlər ortaya çıxmağa başladı: "Downstream" (aşağı axın deməkdir və bu struktur şirkət strukturuna daxil olan bütün emal müəssisələrini özündə birləşdirib), "Midlestreem" (orta axın) ve "Upstreem" (yuxarı axın). SOCAR-a aid olan çoxlu sayda müəssisələr bu uç mərhələni yerinə yetirməklə məṣĝuldur (her mərhələyə 15-20 muessise daxildir).
İndi də "Azneft" strukturuna daxil olan müəssisələrdə "Gələcəyin Yuxarısı” (Upstreem) transformasiya layihəsi rellaşdırılmağa başlanır. Artıq transformasiya planının hazırlanması mərhələsinə start verilib və 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur. Sonrakı mərhələdə pilot layihə müəssisələrin
birində tətbiq olunmağa başlanacaq və dalğalı şəkildə digər müəssisələrə yayılacaq.Transformasiyanın tamamlanması və layihənin bütün müəssisələri əhatə etməsi təqribən iki il müddətində həyata keçiriləcək. Sonda yeni-yeni "Upstreem"lər "Downstream", "Midlestreem" və s. yaranacaq.
Bununla da tədricən "Aznef" İB dönüb olacaq hansısa "streem".
Ümid edək ki, o vaxta qədər yüksək səlahiyyətli müşavir Azərbaycan dilini öyrənə bildi?
Dəniz Nəsirli